Kriminal
Azərbaycanda sahibkar oğrunu belə yaxaladı - İNANILMAZ GÖRÜNTÜLƏR
Ucar rayonunda mağazalardan oğurluq edilib.
Publika.az xəbər verir ki, Ucar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə avqust ayının 15-də rayonun Küçəkənd kəndi ərazisində yerləşən mağazaların birinə dam hissəsini qıraraq qanunsuz daxil olan və oradan pul, müxtəlif növ siqaret və bir ədəd mobil telefon oğurlayan Göyçay rayon sakini, 29 yaşlı Yunis Quliyev tutulub.
İstintaq zamanı saxlanılan şəxsin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun sentyabr ayının əvvəlində Ucar rayonu Alpout kəndi ərazisində yerləşən mağazaların birinə oğurluq etmək məqsədilə qanunsuz daxil olduğu, lakin bu zaman obyekt sahibi ilə qarşılaşdığından ona vintaçanla xəsarət yetirərək hadisə yerindən qaçdığı da müəyyən edilib.
Həmçinin Y.Quliyevin yaşadığı Göyçay rayonu ərazisində yerləşən bir mağazadan müxtəlif növ siqaret oğurladığı da şöbə əməkdaşları tərəfindən sübuta yetirilib.
Dindirilmə zamanı Y.Quliyev törətdiyi əməlləri etiraf edərək, əldə etdiyi pulları xərclədiyini, siqaretləri isə satdığını bildirib. Bir ədəd mobil telefon isə maddi sübut kimi ondan götürülüb.
Faktlarla əlaqədar Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb. Onun digər analoji hadisələr də iştirakının olub-olmaması araşdırılır.
-
Sosial07:35Toy mövsümü bu tarixdən başlayır
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi







.jpg)






.png)














.jpg)
.jpg)





