Kriminal
Bakıda şirkətin anbarında qanlı dava - ÖLƏN VAR
Oktyabrın 7-si saat 22 radələrində Abşeron rayonu ərazisində Şahin İslamovun almış olduğu xəsarət nəticəsində oktyabrın 10-u xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluqdan Publika.az-a bildirilib ki, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin iş yoldaşı Elnur Salmanov fəhlə kimi işlədikləri “Sunfood” MMC-yə məxsus anbarda şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Şahin İslamova bıçaqla xəsarət yetirib, nəticədə o, almış olduğu xəsarətdən xəstəxanada ölüb.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Elnur Salmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 26 Oktyabr 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama














.jpg)






















