Kriminal
Vətən müharibəsi qazisini ürəyindən bıçaqlayıb öldürdülər - Video
Vətən müharibəsi iştirakçısı, 33 yaşlı Rahib Əminovun qətlə yetirilməsi ilə bağlı şahidlər danışıblar.
Publika.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə ötən gecə Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində baş verib.
Məlumata görə, toy məclisindən çıxan şəxslər arasında yaranan mübahisə sonradan kütləvi davaya çevrilib.
Şahidlərin sözlərinə görə, əvvəlcə Vüqar Şirinzadə ilə Elmin Əminov arasında mübahisə yaranıb. Daha sonra davaya qardaşlar da qoşulublar. Hadisə zamanı Rahib Əminov ürəyindən bıçaqlanaraq həyatını itirib. Onun qardaşı Elmin Əminov və daha bir nəfər isə yaralanıb.
Mərhumun yaxınları bildiriblər ki, tərəflər arasında əvvəldən hər hansı ədavətin olub-olmadığını bilmirlər. İlkin ehtimala görə, mübahisəyə söyüş və qarşılıqlı söz atışması səbəb olub.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda cinayət işi başlanıb. Rahib Əminovun qətlində şübhəli bilinən Vüqar Şirinzadə saxlanılaraq istintaqa cəlb edilib.
Qeyd edək ki, R.Əminov könüllü olaraq Vətən müharibəsində iştirak edib və yaralanıb. "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
-
Region04:14Türkiyədə ailələr arasında silahlı toqquşma - Çox sayda yaralı var
-
Region01:11Fulya Öztürk Leyla Əliyeva ilə bir arada - VİDEO
-
Magazin200:30Türk aparıcı 11 saat qaranlıq qutuda qaldı
-
Magazin214 Noyabr 22:48Emma kameralar qarşısında yıxıldı - FOTO
-
Art14 Noyabr 22:00Qızından sabiq nazirlə bağlı paylaşım - FOTO
-
İdman14 Noyabr 21:24Sambo üzrə idman ustası başından güllələndi
-
İdman14 Noyabr 21:12Futbol matçında dava: Vitse-prezident rəqiblə əlbəyaxa oldu
-
Sosial14 Noyabr 21:00Ramiz Mehdiyevin qızının vəkili həbs edildi























.png)














