Kriminal
Azərbaycanda 52 yaşlı subay kişiyə “mavi” deyib ələ saldılar – TƏFƏRRÜAT
Qax rayonunda həmkəndlisini bıçaqlayan 1969-cu il təvəllüdlü Fərman Nəbiyev barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə açılmış iş üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəfail Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində maraqlı faktlar üzə çıxıb. Məlum olub ki, Qaxın XXXXX kəndindəki kafedə təkcə oturub pivə içən Fərman digər masada əyləşən həmkəndliləri ilə mübahisə edib. Mübahisə zamanı həmkəndliləri Fərmanın 52 yaşı olmasına baxmayaraq evlənmədiyini, onun “mavi” olduğunu deyərək ələ salıb, döyərək kafedən çıxarıblar. Daha sonra evinə gedib bıçaq götürən şəxs geri qayıdıb.
F.Nəbiyev ifadəsində deib: “14 iyul 2021-ci il tarixdə saat 20 radələrində kafedə tək oturub piyvə içirdim, əyləşdiyim stolun yaxınlığındakı stolda isə həmkəndlilərim Şaban, Fikrət, Söhrab və kafe sahibi oturub yeyib içirdilər. Bir müddət keçdikdən sonra Şaban və Fikrət məni ələ salmağa başladılar, mənə yaşımın çox olmasına baxmayaraq hələ də subay olduğumu deyərək onu “mavi” adlandırdılar. Şaban və Fikrətə “mavi” özlərinin olduğunu dedim, həmin vaxt Şaban ayağa qalxaraq qolumdan tutub məni çölə çıxartdı. Çöldə məni yumruqla vuraraq yerə yıxdı, bundan sonra ayağa qalxaraq, heç bir söz demədən əsəbi halda yaşadığım evə getdim. Evə gedib bir siqaret çəksəm də, əsəbimi sakitləşdirə bilmədim, bundan sonra Şabanla aramda olan məsələni həll etmək üçün həmin kafenin qarşısına getdim. Özümü müdafiə etmək üçün evdən mətbəx bıçağı götürdüm, saat 23:40 radələrində oraya çatarkən kafenin bağlı olduğunu gördüm, kafenin yaxınlığındakı yolda Vüqar və Fikrətin piyada şəkildə hərəkət etdiyini görüb onlara yaxınlaşıb Şabanın harada olduğunu soruşmaq istədim. Fikrət mənə yaxınlaşıb sifət nahiyəmdən bir-neçə dəfə yumruq atmağa başladı. Bundan sonra daha da əsəbləşib əlimdə olan evdən götürdüyüm mətbəx bıçağı ilə Fikrətin sinə nahiyəsindən 1 dəfə vurdum. Bu zaman Vüqar heç nə etməyərək kənarda dayanmışdı, mənə Fikrəti vurmağımı deyirdi. Bundan sonra oradan uzaqlaşıb evə getdim. Evə getdikdən sonra üzərimdə olan mətbəx bıçağını stolun üstünə qoyduqdan sonra əsəblərimi sakitləşdirmək üçün dağa qalxdım. Bir qədər sakitləşdikdən sonra evə qayıtdım, evə qayıtdıqdan sonra polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirildim”.
Məhkəmədə bıçaqlanan şəxs Fərmanla barışdığını, onu bağışladığını deyib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı






























.png)


.jpg)



