Kriminal
Taksi sürücülərini qorxu içində saxlayan şəxs ələ keçdi - FOTO
Sabirabadda taksi sürücülərinə qarşı quldurluq edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Publika.az-a verilən məlumata görə, Sabirabad və Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabr ayının 9-da Sabirabad rayonu ərazisində iki taksi sürücüsünə bıçaqla xəsarət yetirərək, pullarını quldurluq yolu ələ keçirən şəxs saxlanılıb. Araşdırmalarla onun Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş Adəm Namazov olduğu müəyyən edilib.
A.Namazov ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun taksi fəaliyyəti ilə məşğul olan daha beş sürücünün pullarını quldurluq və dələduzluq yolu ilə ələ keçirdiyi də müəyyənləşdirilib.
Faktla bağlı saxlanılan şəxs barəsində Sabirabad RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir. A.Namazovun cinayət əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Sabirabad RPŞ-nə müraciət etmələri xahiş olunur.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı









.jpg)






.jpg)





















.jpg)

.jpg)