Kriminal
Şəmkirdə baş verən qətlin TƏFƏRRÜATI: 33 yaşlı qadın 3 uşaq anası olub...
Şəmkir rayon Könüllü kəndində qətlə yetirilən 33 yaşlı qadın 3 uşaq anası olub.
Publika.az xəbər verir ki, Könüllü kəndində Seyfəli kənd sakini, 1989-cu il təvəllüdlü Aynurə Elman qızı Orucova aldığı çoxsaylı bıçaq xəsarətlərindən dünyasını dəyişib.
Hadisəni törətməkdə şübhəli bilinən isə onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Mahiyyəddin Nidayət oğlu Atakişiyevdir. O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Cütlüyün 3 övladı var və ailə M.Atakişiyevin ata evində yaşayıb. Hadisə də həmin evdə baş verib.
Hadisənin başvermə səbəbləri tam məlum deyil.
Qadının həyat yoldaşı öz xalası oğlu olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
xxx
16:30
Şəmkirdə 33 yaşlı qadın qətlə yetirilib, əri şübhəli bilinir.
Baş Prokurorluğun Mətbuat xidmətindən Publika.az bildirilib ki, Şəmkir rayonunun Könüllü kəndi ərazisində 1989-cu il təvəllüdlü Aynurə Orucovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1983-cü il təvəllüdlü Mahiyyəddin Atakişiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Aynurə Orucovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Mahiyyəddin Atakişiyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Hazırda iş üzrə istintaq davam edir.


-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular









.jpg)




























.jpg)

.jpg)