Kriminal
Azərbaycan kəndlərinə girən erməni HƏBS OLUNDU
Qazax rayonunun Ermənistanın işğalı altında qalan kəndlərində fəaliyyət göstərən “Döyüş qardaşlığı” qanunsuz birləşməsinin üzvü Avetis Avetisyan həbs edilib.
Publika.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə birləşmə məlumat yayıb.
Məlumata görə, birləşmənin digər üzvü Hrant Der-Abrahamyanla da əlaqənin kəsildiyi, onun da saxlanıldığı ehtimal olunur.
A.Avetisyanın martın 24-ü səhər saatlarında əməliyyatla həbs edildiyi açıqlanıb. Birləşmə Qazaxın işğalda olan kəndlərinin Azərbaycana təhvil verilməsinə mane olmağa çalışdıqlarını, lakin Emrənistan hökumətinin onlara qarşı çıxdığını qeyd edib.
Məlumata görə, “Döyüş qardaşlığı” kəndlərin təhvil verilməməsi üçün insanları müharibəyə səsləyir, Tavuş-Qazax sərhədində demarkasiya prosesinin icrası zamanı Azərbaycan ordusuna qarşı təxribat törətməyi planlaşdırır. Onlar bu gün ərzində Qazaxın Yuxarı Əskipara və Bağanis-Ayrım kəndlərinə daxil olmağa hazırlaşdıqlarını açıqlayıblar. İrəvan isə artıq bir müddətdir birləşmənin təxribat planları və ictimai çağırışlarından xəbərdardır. Bu səbəblə təxribata mane olmaq və kəndlərin problemsiz təhvil verilməsi üçün birləşməni zərərsizləşdirməyə çalışır.
Artıq “Döyüş qardaşlığı”nın bir neçə üzvünə Ermənistan hüquq-mühafizə orqanları tərəfindən xəbərdarlıq edilib. Həbs olunan A.Avetisyan və Hrant Der-Abrahamyan isə birləşmənin əsas üzvlərindən olublar.
Qeyd edək ki, bundan öncə “Döyüş qardaşlığı” martın əvvəlində Qazaxın Ermənistanın nəzarətində olan Yuxarı Əskipara kəndinə girəcəyini açıqlamışdı.
-
ABŞ20:25
"TikTok" ABŞ-da QADAĞAN olunur - Bu tarixdən...
-
Sosial18:35
Cahangir Əsgərovun həyat yoldaşı vəfat etdi
-
Dünya17:25
Rusiya Kursk vilayətində ələ keçirilən ərazilərin 63,2 faizini geri qaytarıb
-
Rəsmi xronika16:55
Dövlət başçıları mətbuata birgə bəyanatla çıxış etdilər - Yeniləndi
-
ABŞ16:52
"Sərt oğlan" obrazı: Tramp imicini dəyişdi - FOTO
-
Sosial16:45
Azərbaycanda 6 kq doğulan körpənin - Videosu
-
Sosial15:56
Ötən il Azərbaycanda neçə nəfər ölüb? - STATİSTİKA
-
MDB15:06
Paşinyan Kremlə zəng etdi, hesabat verdi - Putin qiymətləndirdi