Kriminal
"Metro Park"ın qarşısında gənc oğlan başından güllələndi - VİDEO/YENİLƏNDİ
İyunun 26-da saat 21 radələrində paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 95 ünvanında 2000-ci il təvəllüdlü Tural Kosayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Publika.az-a Nərimanov rayon prokurorluğundan məlumat verilib.
Araşdırma zamanı 2003-cü il təvəllüdlü İsmayıl Allahverdiyevin üzərində olan odlu silahdan atəş açaraq tanışı Tural Kosayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İsmayıl Allahverdiyev iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam davam edir.
***
İyunun 26-da paytaxtın Nərimanov rayonunda 2000-ci il təvəllüdlü Kosayev Tural Kamil oğlunun odlu silahla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən Publika.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Allahverdiyev İsmayıl İbrahim oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.
***
Bakının mərkəzində gənc başından güllələnərək qətlə yetirilib.
Publika.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda, "Metro Park"ın qarşısında qeydə alınıb.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, bir nəfəri odlu silahdan açılan atəşlə qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Əlavə məlumat veriləcək.
-
İdman00:15“Fənərbağça”nın baş məşqçisi istefa verdi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
İdman10 Sentyabr 23:50"Mançester Yunayted" "Sabah"ı məğlub edir - CANLI/YENİLƏNİR
-
Magazin210 Sentyabr 22:36Dua Lipa qızılı korsetdə göz oxşadı - FOTO
-
Dünya10 Sentyabr 22:24Marsdakı qəribə dəliklər alimləri çaşdırdı
-
Dünya10 Sentyabr 21:00Məşhur strimer marağının qurbanı oldu - Hasarda qalan qopmuş barmağı...
-
Magazin110 Sentyabr 20:36Kamilə Babayevanın arxiv görüntüləri yayıldı - VİDEO
-
MDB10 Sentyabr 19:48Özbəkistanda əlifba dəyişdirildi - Neçə hərf olacaq?






























.png)




