Kriminal
“Mahir Allahverdiyev anamdan əl çəkmirdi”: Tələbə oğlan vəzifəli şəxsi niyə öldürüb? - FOTO
Xəbər verdiyimiz kimi, iyulun 31-də Sumqayıtda vəzifəli şəxs olan Mahir Allahverdiyevi qətlə yetirməkdə ittiham olunan 2003-cü il təvəllüdlü Murad Kazımova hökm oxunub.
Publika.az xəbər verir ki, 16 il həbs cəzasına məhkum edilən Muradın Mahir Allahverdiyevi hansı səbəbə qətlə yetirməsinə dair ifadəsi məlum olub.
Hadisə vaxtı 19 yaşında olan Murad bildirib ki, M. Allahverdiyev xeyli müddət anasını narahat edərək ona yaxınlaşıb: “Bir dəfə anamın telefonunda tanımadığım nömrədən “salam necəsən” məzmunlu mesaj gəldiyini gördüm. Həmin nömrəni araşdıranda Mahir olduğunu öyrəndim və izləməyə başladım. Bir gün bacımı məktəbdən gətirməyə gedərkən Mahirin məktəbin yanında anama söz atdığını görüb fikirlərimi qətiləşdirdim. O məni görəndə tərs-tərs baxırdı və bir dəfə dalaşdıq. Sonra görüşə çağırdım”.
Hadisə vaxtı Murad Kazımov Mahir Allahverdiyevə 20-yə yaxın bıçaq zərbələri endirib. Qan içində qaçmağa çalışan Mahiri təqib edən gənc oğlan onu yaxalayaraq başına təpiklə zərbələr endirib. Xəstəxanaya aparılan M. Allahverdiyev orada ölüb.
M. Kazımov xüsusi amansızlıqla adam öldürmədə təqsirli bilinib.
Xatırladaq ki, hadisə 2022-ci ilin dekabrında Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində baş verib. M. Kazımov 3-cü kurs tələbəsi olub. 1975-ci il təvəllüdlü Mahir Allahverdiyev isə Qubadlı rayonu, Xocamusaqlı kənd inzibati nümayəndəliyinin sədrinin müavini işləyib. M. Allahverdiyev daha əvvəl uzun müddət "Azərişıq"da da çalışıb.
Turqut Seyidov
-
Region12:40
Xamenei adamını gizli şəkildə Moskvaya göndərdi - İran çıxılmaz vəziyyətdə
-
Hadisə12:13
Bakıda vəzifəli şəxsin oğlu özünü 17-ci mərtəbədən atdı - FOTO
-
Sosial11:08
Müdafiə Nazirliyi xəbərdarlıq etdi: təşvişə düşməyin
-
MDB10:22
Putinin "qeyri-qanuni qızı" aranı qarışdırdı: Uşaqları meşəyə aparın və...
-
İqtisadi gündəm10:10
Təsdiqləndi: Bu şəxslərin də maaşları artırıldı
-
ABŞ09:40
Bütün dünya Trampın tariflərinə hazırlaşır: görün hansı təhdidlər olacaq
-
İKT09:00
Məşhur bloqer "TikTok"u almaq istəyir
-
Səhiyyə08:48
Nazirlikdə “Volqa” yeyintisi - FOTO