Dünya
Quterreş həyəcan təbili çaldı - “Elə bir vəziyyətin astanasındayıq ki...”
"Yaxın Şərqdəki vəziyyət nəzarətdən çıxmaq üzrədir".
Publika.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş bildirib.
"Vəziyyət nəzarətdən çıxır. Əvvəllər ağlasığmaz görünən bir vəziyyətin astanasındayıq", - Quterreş BMT Təhlükəsizlik Şurasının iclasında deyib.
O, yenidən münaqişənin hərbi əməliyyatlar vasitəsilə deyil, diplomatiya yolu ilə həll olunmasına çağırıb.
Onun sözləri Yaxın Şərqdə artan gərginlik, xüsusən də Yəmən husilərinin hərəkətlərinin intensivləşməsi fonunda səslənib.
Bu həftə husilər Yəmən limanlarının blokadasına və Səna beynəlxalq hava limanına hücuma cavab olaraq Səudiyyə Ərəbistanının dəniz blokadasını elan ediblər. Çərşənbə axşamı husilər elan etdikləri dəniz blokadasının yalnız krallıqla əlaqəli gəmilərə deyil, həm də Səudiyyə limanlarına və limanlarından bütün dəniz nəqliyyatına şamil edildiyini bildiriblər.
Cümə axşamı günü "The Wall Street Journal" qəzeti vəziyyətlə tanış mənbələrə istinadla yazıb ki, ABŞ İranla münaqişənin gərginləşməsi halında Prezident Donald Trampa daha böyük hərbi imkanlar təmin etmək üçün sürətlə Yaxın Şərqə qoşun, tibb işçiləri və silahlar köçürür.
Hüseyn İbadlı
-
Nida Xəbər 15:36“Çalışırıq ki, Azərbaycan və özbək dillərinin kombinasiyasında danışaq” - VİDEO
-
Nida Xəbər 14:38Özbəkistan-Azərbaycan münasibətləri əbədi dostluq səviyyəsinə qalxır - Hikmət Hacıyev
-
MDB14:12Səidə Davletova: Azərbaycan ilə Özbəkistan arasında münasibətlər rəsmi çərçivələrə sığmır
-
Ekologiya12:53Sabahın hava proqnozu açıqlandı
-
MDB12:28Özbək deputat: Azərbaycanla müttəfiqlik yalnız dövlət institutları səviyyəsində deyil
-
Hadisə11:26Azərbaycan media heyəti Daşkənddədir - VİDEO
-
Magazin110:52Xuraman Şuşalı ərindan yazdı: "Arada yüngülcə özü də vururdu" - FOTO
-
Hadisə10:50Jurnalistlər Daşkəndə yola düşür - VİDEO











.jpg)













.webp)











