Kriminal
“AzE Estetik Mərkəz”in direktorunun etdiyi əməliyyatdan sonra xəstə ölüb
Cari il aprelin 16-da 1984-cü il təvəllüdlü Səbirə Vəliyevanın cərrahi əməliyyatdan sonra ölməsi faktı üzrə başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Yasamal rayon prokurorluğundan Publika.az-a bildirilib ki, istintaqla “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasovanın aprelin 15-də üzərində “liposaksiya-piysovurma” əməliyyatı icra etdikdən sonra vətəndaş Səbirə Vəliyevanı ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirmək əvəzinə sonuncunu yaşadığı fərdi evə apararaq onu həkim nəzarətindən kənar saxlaması, növbəti gün qanaxma baş verdikdə isə xəstəni köməksiz vəziyyətdə qoyaraq keçirdiyi əməliyyat nəticəsində baş vermiş kəskin qan itirmədən Səbirə Vəliyevanın ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələrilə yekun ittiham elan edilərək barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işi aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.
-
Sağlamlıq23 İyul 23:36Bu axşam vərdişi yuxunu pozur
-
Magazin123 İyul 23:24Oksana və oğlu Batumidə xəstəxanaya düşdü
-
Art23 İyul 23:12Nazir Flora Kərimovanın ad gününü evində təbrik etdi - FOTO
-
Avropa23 İyul 22:36Səudiyyə şahzadəsi Londondakı dəbdəbəli oteldə ÖLÜ TAPILDI
-
İdman23 İyul 22:24Mahir debüt oyununda qol vurdu
-
Hadisə23 İyul 21:36Xankəndidə kafe yandı, işçilər xəsarət aldı
-
İdman23 İyul 21:12Devid Bekhemin başındakı keçəlləşmə ajiotaj yaratdı - FOTO
-
Magazin123 İyul 20:48Aygün Bəylərin bacısı soyadını dəyişdi - VİDEO

















.png)


.jpg)

.jpg)












