Kriminal
Bakıda “Gelandewagen” almaq istəyən xanımın başına iş gəldi - Əvvəl sevgili oldu, sonra 234 min verdi...
Külli miqdarda dələduzluqda ittiham olunan şəxsin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. O, tanış olduğu xanımla sevgili olduqdan sonra əvvəlcə ondan borc pul istəyib. Sonra isə xaricdən “Gelandewagen” gətizdirəcəyini vəd edərək onun külli miqdarda pulunu ələ keçirib.
Publika.az Musavat.com-a istinadən xəbər verir ki, dələduzluqda ittiham olunan şəxs 1991-ci il təvəllüdlü Nihad Əliyevdir.
Nihad Əliyev Tamam adlı xanımla tanış olub. Bir müddət sonra onların arasında sevgi münasibəti yaranıb. Nihad Tamamdan əvvəlcə borca pul alıb.
Onların tanışlığı maşınların icarəyə verildiyi salonda baş tutub. Tamam həmin salona icarəyə maşın götürmək üçün gedibmiş. Nihad da orada olub və özünü salonun sahibinin oğlu kimi təqdim edib.
Nihad bir müdddət sonra Tamamın maşın almaq istəyini öyrənib. Ondan xaricdən avtomobil gətirmək adı ilə pul alıb. “Gelandewagen” almaq arzusunda olan Tamam hissə-hissə olmaqla 30 min manatdan çox pul verib. Uzun müddət keçsə də, maşın gəlməyib. Hətta Nihad bir dəfə də Tamama “Gelandewagen” şəkilləri ataraq maşının ölkəyə gəldiyini, depozit üçün pul verməli olduğunu deyib.
Zərərçəkmiş Tamamın iddiasına görə, Nihada verdiyi borclar və əlavə pullarla birlikdə ona ümumilikdə 234 min manat ziyan dəyib.
Nihad ifadəsində ittihamla özünü qismən təqsirli bildiyini deyib. Məhkəmə araşdırması zamanı məlum olub ki, Tamam Nihadı bağışlayıb. Buna səbəb isə Nihadın ailəsi tərəfindən ziyanın qarşılanması olub.
Məhkəmənin hökmü ilə Nihad barəsində 2 il sınaq müddəti olmaqla şərti cəza təyin edilib və məhkəmə zalından azadlığa buraxılıb.
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı














.webp)






















