Bakıda məktəbli bıçaqlandı: Sinif yoldaşı saxlanıldı - Yeniləndi
Bizi izləyin

Kriminal

Bakıda məktəbli bıçaqlandı: Sinif yoldaşı saxlanıldı - Yeniləndi

Bakıda məktəbli bıçaqlandı: Sinif yoldaşı saxlanıldı - Yeniləndi

Bu gün günorta saatlarında Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhərinin Nizami rayonundan çağırış qeydə alınıb.

Publika.az xəbər verir ki, Bakıda bir məktəblinin digərini bıçaqlaması barədə yayılan xəbərlə bağlı TƏBİB-dən məlumat verilib.

Məlumata görə, 5 oktyabr 2026-cı il tarixində saat 14:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Nizami rayonundan çağırış olub.

"Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib, lakin hadisə yerində heç kim tapılmayıb" - cavabda vurğulanıb.

***

Bakıda sinif yoldaşı tərəfindən bıçaqlanan məktəbli yeniyetmə vəfat edib.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə məktəbdən kənarda baş verib.

Əməli törətməkdə şübhəli bilinən 2012-ci il təvəllüdlü yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Qeyd edək ki, onların hər ikisi 9-cu sinif şagirdidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm