“Ay işığı”nda 43 manatlıq hesab üstündə qan töküldü
Bizi izləyin

Kriminal

“Ay işığı”nda 43 manatlıq hesab üstündə qan töküldü

“Ay işığı”nda 43 manatlıq hesab üstündə qan töküldü

Mingəçevirdə 40 yaşlı kişi bıçaqlanıb.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə səhərə yaxın şəhərdə yerləşən “Ay işığı” restoranının ərazisində baş verib.

İlkin məlumata əsasən, tərəflər arasında yaranan mübahisə zamanı 1986-cı il təvəllüdlü Səhubi Xudadatov bıçaqlanıb.

Bədəninə iki bıçaq xəsarəti yetirilən yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

Əldə etdiyimiz ilkin məlumata görə, münaqişəyə 43 manatlıq hesab üstündə yaranan mübahisə səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm