Gəncə sakini xalasını qətlə yetirdi
Bizi izləyin

Kriminal

Gəncə sakini xalasını qətlə yetirdi

Gəncə sakini xalasını qətlə yetirdi

Gəncədə qətl hadisəsi törədilib.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

1938-ci il təvəllüdlü Gülsüm Əliyevanın yaşadığı ünvanda ölməsi müəyyən edilib.

Aparılan istintaq tədbirləri ilə müəyyən olunub ki, 88 yaşlı qadın bacısı oğlu, əvvəllər məhkum olunmuş 1967-ci il təvəllüdlü Əli Məmmədov tərəfindən döyülərək qətlə yetirilib.

Polisin keçirdiyi tədbirlər nəticəsində 59 yaşlı Əli Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm