Dəb
Payızda dəbdə olacaq rənglər artıq müəyyənləşib - FOTOLAR
2015-2016 payız qış kolleksiyaları podiumlarda nümayiş olunduqdan sonra rəng şkalası hazırlanıb. Publika.az-ın dəb bölməsi 2015-2016 payız-qış aylarında dəbdə olacaq rənglərin siyahısını təqdim edir.
Payız-qış mövsümündə bizi təbiətin bütün rənglərinin olduğu geniş rəng çeşidi gözləyir. Torpaq tonları ilə yanaşı, qırmızı, bənövşəyi və narıncı kimi rənglər yeni mövsümdə bizim qarderobumuzu bəzəyəcək. Yeri gəlmişkən, ötən əsrin 60 və 70-ci illərinin bohem tərzi payıza da təsirini davam etdirir.
Stormy Weather – Fırtınalı boz hava: Adını ilk oxuduqda insanı vəlvələyə salır, amma bu rəng yeni mövsümdə fırtına kimi əsməyə iddialıdır.
Marsala - Zoğalı: Zəngin, cəsur, mürəkkəb və hər kəsin dəri tonuna uyğun olan bu güclü rəngdən ötən il çox danışmışdıq. O, yeni mövsümün yaxınlaşması ilə öz təsirini yenidən hiss etdirəcək.
Oak Buff - Solğun sarı: Fırtınalı havadan sonra hər kəsin günəşin istisini hiss etməyə haqqı var. Bu məqamı dizaynerlər diqqətdən kənar qoymayıblar. Klassik sarıdan fərqli olaraq, onun bu payızda solğun, xəzəl çalarları dəbdədir. Solğun sarı digər rənglərlə asanlıqla kombinə edilir.
Biscay Cənab - Meşə yaşılı: Maviyə çalan meşə yaşılı da payızın daha bir nəfis rəngi olacaq.
Cadmium Prins - Parlaq narıncı: Bu rəng olduqca səmimi və parlaqdır. Eyni zamanda, payız-qış mövsümünün ən cəlbedici tonu olacaq. Bu rəngi yaşıl, mavi tonları və ya zoğalı rənglə tamamlaya bilərsiniz.
Cashmere Rose - Bənövşəyi: Payız qış mövsümünün ən romantik rəngi bənövşəyidir. Tünd bənövşəyini açıq torpaq tonlarla uyğunlşadırdıqda gözəl nəticələr əldə edə bilərsiniz.
Desert Saqa - Xaki: Sakitləşdirici təsiri olan yaşılımtıl boz tonları mövsümün ən ideal rəngləri arasında yer alır. Təvazökar rəng olsa da, qəşəng və güclü təsir yaradır.
Aytən
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO