Yayın qaynar trendi qışın soyuğuna qarşı – FOTOLAR
Bizi izləyin

Dəb

Yayın qaynar trendi qışın soyuğuna qarşı – FOTOLAR

Çiyin dekoltesi qadını gözəl göstərən dəb tendensiyasıdır. Bu moda ənənəsi ötən ilin yayından etibarən dəbə minib. Bu romantik tendensiya yay ayları üçün aktual olsa da, qış aylarında da öz əhəmiyyətini itirməyib.

Publika.az-ın dəb bölməsi xəbər verir ki, çiyni açıq paltarlar qış kolleksiyalarında da özünü göstərir.

Çiyin dekoltesinə həm donlarda, həm də sviterlərdə rast gəlirik. Donlar hər bir qadının qarderobunda heç şübhəsiz ki, birinci yer tutur. Onlar sahibini istənilən vaxt cazibədar göstərməyə kömək edir. Çiyin dekolteli donlarla isə bu, xüsusilə, gözəl alınır. Açıq çiyinli donlar qadın bədəninin bütün gözəlliyini layiqli şəkildə vurğulayır, üstəlik, bu mövsümdə belə paltarlar populyarlıq zirvəsindədir. Bu model girdə ombaları olan və incə belə malik xanımlara lap çox yaraşacaq. Əgər sizin çiyinləriniz çox genişdirsə, o halda, büzməli çiyin dekolteli bir paltar seçin.

Qadınların əksəriyyəti çiyin dekoltesinə axşam tədbirlərində üstünlük verir. Lakin dizaynerlər bu mövsüm onları qış aylarında gündəlik geyinməyi də təklif edir. Deməli, çiyinləri açıq paltar haqqında düşünməyə dəyər. Əgər valehedici görünmək istəyirsinizsə, bu mövsüm lider mövqe tutan hippi üslubunda paltarlara üstünlük verin.

Soyuqdan donmamaq üçün çiyninizə pencək və ya yaxud şərf ata bilərsiniz. Xəz şərflər axşam obrazına təkrarolunmaz məlahət bəxş edəcək. Obrazın tamamlanmasında sallanma sırğalardan daha yaxşı variant ola bilməz. Bu dəb tendensiyasına hətta 40 yaşından yuxarı qadınlar da uyğunlaşa bilər.

Bundan başqa, bir çiyni açıq, digəri bağlı toplar da romantik obrazlar yaratmaq üçün ideal seçimdir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm