Dəb
Bol kəsimli şalvarla möhtəşəm görünməyin yolları – FOTOLAR
Heç vaxt dəbdən düşməyən trendlərdən biri də bol kəsimli şalvarlardır. Əvvəllər bohem tərzinin əsas geyimlərindən hesab edilsə də, artıq bir çox tərzdə özünə yer tapıb.
Bu il bol kəsimli şalvarlar üçün parlaq dövr olacaq, çünki istər küçə stilində, istərsə də, dəbdəbəli ziyafət gecələrində bol kəsimli şalvar kombinlərinə tez-tez rast gələcəyik. Bu cür şalvarla ofis stili yaratmaq da mümkündür.
Publika.az bol kəsimli şalvarla şıq görünməyin üsullarını araşdırıb:
1. Bol kəsimli şalvarı idman ayaqqabısı ilə geyinin.
2. Şalvarınızı bədəninizə yapışan kofta və ya köynəklə geyinin. Kombininizi hündürdaban ayaqqabı ilə tamamlayın.
3. Artıq bol kəsimli cinslər də qarderoblarda özünə yer tapır. Belə cins şalvarı parlaq rəngli, naxışlı köynəklə geyinin.
4. Qat-qat geyinmək bu qış da öz aktuallığını qoruyur. Bol kəsimli şalvarınızı nazik kofta ilə tamamlayın. Üzərindən qısa sviter geyinə bilərsiniz. Ancaq şalvarınız mütləq hündürbel olmalıdır.
5. Bol kəsimli şalvarla uzun paltolar əla yaraşır. Bu kombini idman ayaqqabısı ilə tamamlamağınız məsləhətdir.
Ləman Sultan
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi