Dəb
“Zara” imperiyasının varisi toya nə cür paltarda gəldi? - PLANETİN ƏN VARLI QIZIDIR - FOTO
16 noyabr, cümə günü planetin ən çox həsəd aparılan gəlini – 34 yaşlı Marta Orteqanın toyu olub. O, sevgilisi Karlos Torrettaya ərə gedib. Bir aydan çoxdur ki, moda ekspertləri gəlinin paltarını tikən bəxtəvərin kim olduğunu təxmin etməyə çalışırdı. Ehtimal olunan namizədlər siyahısında "Oskar" mərasimində Marta üçün xüsusi paltar hazırlayan “Zara” komandası (onların ailə brendi) da daxil idi.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dünən “Valentino” moda evinin kreativ direktoru Pyerpaolo Piççoli hər kəsi bu sualın cavabı ilə agah edib. Və etiraf etmək lazımdır ki, gəlinin zövqü olduqca nəfisdir, paltar həm qeyri-adi, həm də çox gözəl alınıb.
Gəlinlik iki əsas xüsusiyyətləri ilə diqqətə layiqdir. Birincisi, o açıq-çəhrayıdır, təəssüf ki, ağ-qara şəkil paltarın rəngini görməyə imkan vermir. İkincisi, gəlinik iki hissədən ibarətdir: ətək və bluz. Dizayner Pyerpaolo Piççoli bildirib ki, qadınlar ən özəl günü üçün gəlinlik hazırlamaqdan böyük zövq alır:

"Bir qadının həyatının ən mühüm anlarından birini müşayiət etmək mənim üçün hər zaman böyük hədiyyədir. Bu dizaynla mən yüngüllüyü, təravət və romantizmi ifadə etmək, eyni zamanda onun güclü şəxsiyyətini nümayiş etdirmək istədim. Paltar bəyaza yaxın tonlarda - açıq çəhrayı rəngdədir. Mən onun gəlinin yaydığı aura qədər yüngül olmasını istədim. Fasonu büzməli şifon köynək və müasir tərzdə tikilmiş dar ətəkdən ibarətdir. Haute couture paltarlarının dizaynı həmişə unikallığa, əbədi duyğulara və özünəməxsusluğa həsr olunub. Ümidvaram ki, siz ona baxanda zövq alacaqsınız”.

Nikah mərasimindən sonra tanınmışların iştirakı ilə zifayət təşkil olunub. Marta Orteqa ilə Karlos Torretta nikah mərasimini La-Korunya şəhərində məşhur klubların birində qeyd edib. Yeri gəlmişkən, cütlüyü təbrik etmək üçün gələn qonaqların sayı 400 nəfərdən çox olub.
Planetin ən varlı adamı, “Inditex Group” sahibi qızı Marta Orteqa qara smokinqi ilə bütün diqqətləri öz üzərinə toplaya bilib. Orijinallıqdan imtina etməyən Martanın smokinqinin dizaynı da “Valentino” modalar evinə aiddir. Ziyafət gecəsində kadrlar artıq mediada yayılıb.
.jpg)
Qeyd edək ki, Marta Orteqa “Inditех Grоuр”un yaradıcısı Amansio Orteqanın qızıdır. 81 yaşlı milyarder dünyanın ən varlı adamları sırasına daxildir.

“Zara” markasının yaradıcısı artıq neçə ildir ki, dünyanın ən zəngin milyarderi seçilir. “Forbes” jurnalının reytinqinə əsasən, ispaniyalı iş adamının sərvəti 79 milyard dollar təşkil edir.
Nəhəng moda imperiyasının qurucusu, 81 yaşlı Orteqa şəxsi brendinə xəyanət etmir, onun kostyumlarını həmişə “Inditex” studiyasının dərziləri tikir.
Aytən Məftun
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI












.jpg)
























