Dəb
Müasir qadının ağıllı qarderob strategiyası - FOTO
“Qadınlıq” sözünü eşidəndə təsəvvürünüzdə necə bir obrazı canlandırırsınız? Təxminən 20 il əvvəl bu obraz belin incəliyini vurğulayan paltarlar, dikdabanlar, volanlar, uzun saçlar və kifayət qədər parlaq makiyajdan ibarət idi. Geyimdə rahatlığın qadının çoxdankı arzusu olduğunu duyan müasir dizaynerlər anladı ki, kişi stilini qadın qarderobuna gətirmək çox uğurlu çıxış yolu olacaq. Bu gün qızları boş köynək, şalvar və gödəkçələrdə görəndə xüsusilə yaşlı kişilər zarafat edirlər ki, indi qadınla kişi arasındakı sərhəd demək olar ki, silinib. Bu, müəyyən dərəcədə doğrudur. Lakin bu o demək deyil ki, indi qadınlar əvvəlki kimi xanım-xatın geyinmir...
Publika.az xəbər verir ki, rusiyalı stilist Gülnaz Sairova stilinizi korlamadan dəbli geyinməyin yollarını göstərib.
Buqidi və süni kirpiklər aktual deyil!
src="/storage/files/upload/028_content.jpg" class="fr-fic fr-dii">
Zaman göstərdi ki, gözəgəlimli olmaq üçün saçları gecədən buqidilərə sarıyıb əziyyət içində yatmağa ehtiyac yoxdur. Müasir qadın istənilən saç düzümündə və saç uzunluğunda da seksual görünür.
Makiyaj konkret vəziyyətdən asılı olaraq həm minimalist, həm gündəlik, həm də parlaq ola bilər. Əgər ideal gözəllik axtarırsınızsa, onu təbiiliyinizdə tapın, boya və rənglərdə yox!
Kişi kostyumu
src="/storage/files/upload/016_content.jpg" class="fr-fic fr-dii">
Bugünkü qarderobunu qızların çoxu kişi geyimlərinə borcludur. Kişilik və incəliyin təzadı qadınlığı, kövrəkliyi vurğulayır, eyni zamanda da şıq görünür. Dikdabanlar zəruri deyil, obrazlar artıq daha rahat olub.
Volan detalı şərt deyil
src="/storage/files/upload/022_content.jpg" class="fr-fic fr-dii">
Paltar hələ də qadınlıq simvolu olaraq qalır. Ancaq indi volanlar əvəzinə başqa fəndlər istifadə olunur: asimmetriya, bədənin ən cəlbedici hissələrini vurğulayan maraqlı kəsiklər, yarıqlar və ya göstərmək istəmədiyinizi gizlətməyə imkan verən drapelər. Bu üslub seksuallıq, cəsarət və müasirliyi göstərmək üçün idealdır, ona görə də romantik görüşlər, yaradıcı şənliklər və korporativ mərasimlər üçün belə paltarlar seçin.
Çəhrayı əvvəlki təsir qüvvəsini itirib
src="/storage/files/upload/023_content.jpg" class="fr-fic fr-dii">
Rənglər və çalarlar artıq cinsiyyətə bölünmür. Romantik obrazlarda çəhrayının yeri əlbəttə ki, aryıdır, lakin indi bütün rənglər zərif və çəkici ola bilir. Həm parlaq, həm boz, həm də sakit və pastel rənglər sizi romantikaya bürüyə bilər.
Qadınlıq qum saatı formalarının ötəsindədir!
src="/storage/files/upload/025_content.jpg" class="fr-fic fr-dii">
Qeyri-adi kəsiklər və yarıqlar, bir qədər pozulmuş porsiyalar, asimmetriya kimi müasir tendensiyalar qadın görünüşünə mükəmməl uyğunlaşır və onları inanılmaz dərəcədə aktual edir. Düzdür, burada tendensiyaların tezötüşməsini nəzərə almaq lazımdır. Alış-verişi şüurlu şəkildə həyata keçirin ki, aldıqlarınızı illərlə geyinə biləsiniz. Bununla belə, məsələn, minimalizmin avanqard tendensiyası sizin tərzinizdirsə, o zaman dəbli geyinmin alınması ağıllı qarderob strategiyasına uyğun gəlir.
Yekunda o nəticəyə gəlirik ki, qadın və kişi arasındakı sərhədin silinəcəyindən narahat olmağa dəyməz. Biz qadın kimi qalmağı, eyni zamanda müasir görünməyi bacara bilərik. Sadəcə olaraq tarazlığı qoruyun, yuxarıda qeyd olunan müasir qadın stilinin əlamətlərinə diqqət yetirin və dünyaya qadın kimi gəlməyin həzzini yaşayın!
-
Sosial04:14Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ: Yeni növ peyda oldu, qiyməti... - VİDEO
-
Hadisə01:41Şəkidə canavar kəndə hücum etdi - Xəsarət alanlar var
-
Yaxın Şərq01:11Bu ölkədə 30 ildən sonra ilk dəfə QAR YAĞDI - VİDEO
-
Sosial00:15Xocavənddə vəzifəli şəxs qəzada öldü
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ünsiyyətinizi diqqətlə qurun
-
Magazin220 Dekabr 23:24Yeni ev alıb ona ərə gedəcəyini ELAN ETDİ - FOTO
-
Magazin120 Dekabr 23:00Şəbnəm Tovuzlu elə rəqs etdi ki... - VİDEO
-
Sosial20 Dekabr 22:48Köhnə və yeni dövrün qarşılaşdığı yer: Bakının unikal qəsəbəsindən REPORTAJ














.jpg)












