Dəb
Müasir “Zoluşka”nın minimalist stili - FOTO
Viktoriya Bekhem yeni obrazını yaradanda “Zoluşka” personajından ilhamlanıb. Ötən gün Nyu-Yorkda görüntülənən modelyer nağıl qəhrəmanının məşhur şüşə ayaqqabılarını xatırladan mavi rəngli ipək libasda və dar parlaq çəkmələrdə ictimaiyyət qarşısına çıxıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu yaxınlarda yeni kolleksiyasını təqdim edənViktoriya Bekhemin hər çıxışı maraq və böyük rəğbət doğurur. Və bu, təsadüfi deyil. Viktoriya kosmetika brendi ilə əlaqədar bir sıra tədbirlər keçirmək üçün Nyu-Yorka gəlib, daha sonra “Bergdorf Goodman” univermağında müştərilərlə görüşüb, həmçinin “Vogue”-un redaksiyasında olub.
Paparatsilər həm də Viktoriyanı əri Devid Bekhemlə birlikdə otelin çıxışında şam yeməyinə gedən zaman çəkib. Təbii ki, bütün görüşlər üçün modelyer geyimlərini öz brendindən seçib. Növbəti çıxışı üçün ağ rəngli paltar seçən məşhur obrazını tünd qırmızı çanta və ayaqqabılarla tamamlayıb.
Viktoriya jurnalistlərə verdiyi açıqlamada lap əvvəldən şəxsi brend yaratmağa ciddi yanaşdığını bildirib. Digər ulduzlardan fərqli olaraq, o, moda evinin əşyaları üçün hər bir detalı - düymələrdən tutmuş aksesuarlara qədər hər şeyi özü seçir.
“Həmkarlarım əlində mikrofonla konsert verməyə davam edəndə mən qucağımda dörd uşaqla dizaynerlər və dərzilərlə görüşə gedirdim. Konsertlərə də vaxt tapmağa çalışırdım. Amma sonra anladım ki, müğənnilik karyerası bitdi. Bundan sonra moda ilə məşğul olacam”, - modelyer qeyd edib.
Viktoriyanın son günlərdə ən çox diqqət çəkən obrazlarını təqdim edirik.
-
Rəsmi xronika10:06İlham Əliyev açılış mərasimdə iştirak edir - CANLI
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq



































