Dəb
Norveçdə Gülnarə Xəlilovanın geyimləri nümayiş olunacaq - FOTO
Yanvarın 7-də Oslodakı Deyxman Byorvika Mədəniyyət Mərkəzində Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynerlər Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer Gülnarə Xəlilovanın “Northern Stories by CİZGİ” (“CİZGİ-dən Şimal Hekayələri”) adlı ekspozisiyasının açılışı olacaq.
Publika.az xəbər verir ki, tədbirin təşkilatçısı Oslodakı Azərbaycan Evidir. Qonaqlara əl işi geyimlər və ipək şərflər, Norveç və Qarabağ ornamentlərilə bəzədilmiş paltarlar təqdim olunacaq.
Qeyd edək ki, Gülnarə Xəlilovanın kolleksiyaları bundan əvvəl Türkiyə, ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç və digər ölkələrdə keçirilən Dəb Həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər






































