Dəb
Elzanın müasir modanı alt-üst edən ixtiraları: Dondurma şəklində ayaqqabılar, şlyapalar... - FOTO
Elza Skiaparelli XX əsrin moda dünyasının bəlkə də ən diqqətçəkən və ekssentrik fiquru idi. Mübaliğəsiz deyə bilərik ki, o, parlaq şəxsiyyəti və çoxsaylı ixtiraları sayəsində dəbi və insanların ona münasibətini kökündən dəyişib. Elzanın dəbə ironik münasbibəti və unikal aksesuarları indiyədək özünəməxsusluğu ilə seçilir. Məsələn, dondurma şəklində ayaqqabılar, şlyapalar və daha nələr-nələr...
Publika.az oxucuları bu yazıda dünyaya meydan oxuyan “Schıaparelli” moda evinin uğur hekayəsi ilə tanış edib.
Elza Şiaparelli 1890-cı ildə Romada varlı və görkəmli bir ailədə anadan olub və uşaqlığını burada keçirib. Qeyri-adi bacarıqları ilə seçilən qızcığaz hələ kiçik yaşlarından müstəqilliyə can atırdı. Lakin onun ərköyün xarakteri mühafizəkar fikirli ailəsində həmişə problem yaradırdı. Roma Katolik Kilsəsinin ciddi rejimli məktəbində ona dərs deyən rahibələri təhqir edən Elza bu addımı ilə həm də öz ailəsini rüsvay etmişdi. Bir az böyüyəndən sonra isə bala, bədəninə sarılmış paltarda gəlmişdi ki, cəsarətli modapərəst olduğu bütün şəhərə yayılsın.

23 yaşı olanda Elza Parisə, oradan da Londona gedir. Londonda o, vaxtının çox hissəsini muzeylərdə keçirir, həm də orada mühazirələr oxuyurdu. Bir il sonra Skiaparelli müəllimlərindən biri, fransa-isveçrə teosofisti qraf Vilhelm de Vendt de Kerlorla evləndi. Evləndikdən sonra cütlük Nyu Yorka köçüb yeni həyata başladı. 1919-cu ildə Elza Skiaparellinin qızı Qoqo (daha doğrusu, qrafinya Mari Luiza İvon Radha de Vent Kerlor, lakin ona Qoqo deyirdilər) dünyaya gəlsə də, cəmi bir sonra cütlük ayrılmağa qərar verir. Buna səbəb Uilyamın maddi çətinlikləri və xəyanəti idi.
Şəxsi həyatında yaşanan bu uğursuzluq Elzanı moda dünyasında təkbaşına uğur qazanmaq əzminə sövq etdi. O, yenidən Parisə qayıtdı və ona bir çox cəhətdən kömək edən məşhur dizayner Paul Poiret ilə tanış oldu. Elza Skiaparelli zəngin təxəyyül və cəsarətə malik idi. Bir çox yeniliklərə imza atan novator, karyerasına qeyri-adi naxışlı trikotaj və idman geyimləri ilə başlayır. Elza Marlen Ditrixin və tezliklə bir çox başqa Hollivud ulduzlarının qarderobunun ayrılmaz parçasına çevrilən geniş çiyinli kişi kostyumu hazırlayır.

Kişi geyimindəki rahatlığı qadın kolleksiyalarına köçürməyə çalışsa da, Elza dəbdəbəli düymələrdən və detallardan istifadə etməyi çox xoşlayırdı. Elza zəncirbəndlə yanaşı, yubka-şalvarın da ixtiraçısı sayılır, həmçinin “hərəm şalvarları”, naxışlı köynəklər, türbanlar, əntarilər, qırmızı manikür imitasiyalı əlcəkləri dəbə məhz o gətirib. Onun "şokedici çəhrayısı" isə “Schiaparelli” moda evinin vizit kartına çevrildi.

Elzanın yaratdığı zinət əşyaları da onun özünəməxsus üslubunu əks etdirirdi. Müxtəlif çalarların qeyri-adi, parıltılı kristallarla işlənmiş “qarpız” bilərzik və boyunbağılar onun bəlkə də ən məşhur zərgərlik nümunələridir.



Geyimlərdə qəzet naxışı bu gün əfsanəvi dizayner Col Qolyananun adı ilə bağlansa da, əslində Elza bu mövzuda demək olar ki, ondan yüz il qabaqda idi. “Schiaparelli” kolleksiyasından onun haqqında çıxan qəzet icmallarını şallara köçürmüş, bununla da avanqard dəbin zirvəsinə qalxmışdı. Qəzetlərdən naxış kimi istifadə ideyası onun ağlına Danimarka səfəri zamanı gəlmişdi. Kopenhagendəki balıq bazarında Skiap qızmar günəşdən başlarını qəzetlərlə bağlayan satıcı qadınlardan ilhamlanmışdı.

Moda sahəsində ard-arda böyük uğurlara imza atan Elza 1934-cü ildə Vendome meydanında butik açır. O, marketinq sahəsində də yenilikçi oldu. O dövrdə onun kolleksiyalarını təqdimetmə tərzi qeyri-adi və cəsarətli idi. Parça üzərində press-relizlər çap etdi və təsirli şoular hazırladı. İncə, uzun boylu modellər podiuma çıxdılar. Ancaq müharibədən əvvəlki dövrlərdə gözəllik idealı və paltar nümayişinin bu şəkildə təşkil olunması o dövr üçün kifayət qədər unikal addım idi.

Paul Poiretdən başqa, Elza ekssentrik Salvador Dali ilə əməkdaşlıq edirdi. Lobsterli paltar, skelet paltarı və papaq ayaqqabı kimi nümunələr bu əməkdaşlığın şah əsərləri idi. İkinci Dünya Müharibəsi zamanı modelyer yenidən Amerikaya üz tutdu. Müharibədən sonra Parisə qayıdan Elza artıq əvvəlki populyarlığını bərpa edə bilmədi. 1954-cü ildə nəhayət moda dünyasını tərk etdi. Yalnız onun ixtira etdiyi “Shocking” ətirləri hələ də uğurla satılırdı. O da maraqlıdır ki, onun məşhur rəqibi Qabriel Şanel məhz həmin il moda biznesinə qayıtmağa qərar verib.

1973-cü ildə vəfat edənə qədər Elza Tunisdəki və Parisdəki mənzilində yaşadı. Böyük kutyure öz vəsiyyətinə əsasən sevimli rəngi olan çəhrayı ipək kostyumda dəfn edilir.
“Vendôme” butikinin bağlanmasından 50 ildən çox keçəndən sonra, 2006-cı ildə “Tod's Group”-un sahibi Dieqo Della Valle brendin hüquqlarını Elza Skiaparellinin varislərindən aldı. Dizayner Kristian Lakroixin rəhbərliyi altında yaradılan yeni kolleksiya 2013-cü ildə nümayiş etdirilib. Brend üçün növbəti kolleksiyanı Marko Zanini yaratdı, lakin 2015-ci ildə onu moda evinin daimi kreativ direktoru olan Bertran Qiyon əvəz etdi. O, həm hazır geyim, həm də yüksək moda ilə məşğul olurdu. Qiyon sayəsində “Schiaparelli” 2017-ci ildə Parisdə Haute Couture Sindikatının daimi üzvü oldu. 2019-cu ildə Bertran Qiyon brendi tərk etdi və onun yerinə Daniel Rozeberri gəldi.
Bu gün moda evinin əsas məqsədi Elza Skiaparellinin unikal sürreal estetikasını müasir moda meyllərinə uyğunlaşdırmaqdır. Və deyəsən Roseberri bunun öhdəsindən gəlir. Dünya ulduzlarının “Schiaparelli” dən seçdiyi libaslar mediada böyük maraq oyadır.
Məsələn, aktrisa Helen Mirren 2019-cu il Oskar mərasiminə "şok çəhrayı" paltarda gəlmişdi. Daha sonra 2020-ci ilin fevral ayında "Taxtların Oyunu"nun ulduzu Emilia Klark BAFTA Mükafatlarının təqdimetmə mərasimi üçün moda evinin skelet paltarını seçmişdi.
Xatırlayırsınızsa, 20 yanvar 2021-ci ildə Ledi Qaqa Co Baydenin inauqurasiya mərasimində ABŞ himnini ifa edərkən bütün dünya nəfəsini kəsərək onu dinləmişdi. Ledi Qaqanın “Schiaparelli” imzalı geyimini moda evi xüsusi olaraq onun üçün hazırlamışdı.

Beyons 2021-ci ildə “Qremmi” mükafatlandırma mərasimində bir neçə mükafat qazanaraq tarixin ən çox mükafat alan qadın müğənnisi oldu. Rozberrinin hazırladığı bu libas da sözügedən moda evinin imzasını daşıyırdı.
Aytən
-
Nida Xəbər 20:00Azərbaycanda gömrük rüsumları ilə bağlı yeni qərar qüvvəyə mindi
-
Kriminal19:00Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanıldı - Foto
-
Hadisə18:50257 nömrəli məktəbdə nə baş verib? - Polis araşdırır
-
Nida Təhlil 17:54Azərbaycana qarşı kampaniya: Planlı və koordinasiyalı mexanizm
-
Sosial17:31Buraxılış imtahanının nəticələri elan olundu
-
Sosial17:03Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTO
-
Sosial14:51Partlayışda yaralanan həkim dünyasını dəyişib?
-
Qarabağ 14:42Diplomatik korpusun nümayəndələri Xocalı Soyqırımı Memorialında oldu








.jpg)

.jpg)




















.png)

.jpg)






