Digər
Avstraliyada aylardır davam edən dəhşətin qarşısı alındı - FOTOLAR
Avstraliyada aylardır davam edən meşə yanğınlarının bir qismi lokallaşdırılıb.
Publika.az xəbər verir ki, bu barədə ölkənin yanğınsöndürmə briqadaları danışıb.
Bildirilib ki, Yeni Cənubi Uels ştatındakı yanğınların bir qismini havanın temperaturunun aşağı düşməsi və küləyin sürətinin azalması səbəbindən söndürmək mümkün olub. Bununla da yanğınla mübarizədə ilk dəfə irəliləyiş qeydə alınıb.
![]()
Meteorologiya mütəxəssisləri sərin hava şəraitinin növbəti həftələrdə də davam edəcəyinin gözlənildiyini açıqlayıb.
Bundan başqa, oktyabr ayından bəri yanğının cənginə aldığı Qospers dağı istiqamətində də yağış yağıb və yanğın lokallaşdırılıb.
Qeyd edək ki, yanğınlarda 10 milyon hektara yaxın ərazi yanıb, 27 nəfər həlak olub, 1 milyarddan çox heyvan tələf olub, 2 min ev yararsız hala düşüb.
Sosial mediada Avstraliyada kül olan meşələrin yenidən canlandığını göstərən fotolar yayılıb.
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...

































.jpg)
.jpg)

