Digər
Bu ölkədə gecə kabuslar gəzməyə başladı: koronavirusa görə... - FOTO
Koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində küçəyə çıxma qadağası qoyulan İndoneziyada daha bir qəribə üsula əl atılıb.
Publika.az xəbər verir ki, ölkənin Yava əyalətinin Kəpuh kəndində küçəyə çıxan uşaq və yaşlıları qorxutmaq üçün kabus cildində insanlar gəzməyə başlayıb.

Üzlərini ağ rənglə boyayan və kəfən tipində geyim geyindirilən şəxslər küçəyə çıxanları evə qaytarmaq üçün qorxudur.
Qəsəbəni idarə edən Ancar Pancaninqtyas fərqli və aldadıcı effekt əldə etmək üçün bu üsula əl atdıqlarını deyib.
İndoneziyada bu obraza bürünən insanlara “pocong” deyilir. Xalq folklorunda poconglar ölülərin tələyə düşmüş ruhlarını təmsil edir. “Pocong” üsulu əvvəlcə əks effekt verib. İnsanlar onların fotolarını çəkmək üçün küçəyə çıxmağa başlayıb. Lakin daha sonra “pocong”lara patrul əmri verilib. Beləliklə, “kabus”ların nə zaman və harada ortaya çıxacağı bəlli olmur.
Zümrüd
-
Hadisə08:48Lökbatanda dəhşətli qəza: Tanınmış teleaparıcı həyatını itirdi
-
Avropa07:55Mafiya ilə bağlı qalmaqallı istintaq: Keçmiş polis rəisi intihar etdi
-
ABŞ05:45Tramp Ukrayna ilə bağlı mühüm qərar verməyə hazırlaşır? - Kuşner açıqladı
-
Dünya04:30Ölüm saçan pullar peyda oldu: toxunanlar zəhərlənir
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər













.jpg)


.jpg)



















