Digər
Koronavirusun ən təbii dərmanı xarici ölkələrə ixrac olunacaq - Prezident açıqladı
Madaqaskarda yeni tip koronavirusa qarşı istehsal olunan “Covid Organics” adlı bitki mənşəli dərmana tələb artıb.
Publika.az xəbər verir ki, ölkə Prezidenti Endri Racoelina tvitterdən verdiyi açıqlamada Qvineya-Bisau rəhbəri Umaro Sissoko Embalonun dərmanı öz ölkəsinə və region ölkələrinə ixrac etməsi təklifi verdiyini yazıb.
![]()
O, həmkarına preparatı özəl təyyarə ilə göndərəcəyini deyib.
Qeyd edək ki, Madaqaskar Tətbiqi Araşdırma İnstitutunun (IMRA) elm adamları qızdırmanın müalicəsində istifadə edilən Artemisiya (yovşan) bitkisi və bir çox şəfalı otlardan ibarət immun sistemini gücləndirən “Covid Organics” dərmanını ərsəyə gətirib.
Onun ilk sifarişçisi Seneqal olub. Konqo Demokratik Respublikasının Prezidenti Feliks Tşisekedi də dərmanla maraqlandıqlarını bildirmişdi.
Ümumdünya Səhiyyə Təşkilatı bəzi bitki mənşəli dərmanların və ənənəvi tibbin COVID-19 simptomlarını yüngülləşdirdiyini qəbul edib, lakin bu maddələrin xəstəliyin qarşısını aldığı, yaxud yaxşılaşdırdığına dair sübut tapılmayıb.
Son rəqəmlərə görə, Madaqaskarda 128 nəfər koronavirusa yoluxub, 75 nəfər sağalıb. Ölən yoxdur.
Nobel mükafatı qazandıran bitki
Çinin elm adamları tərəfindən Vyetnam müharibəsində müalicə məqsədilə istifadə edilən Artemisiya uzun müddətdir ki, laboratoriyalarda sınaqdan keçirilir. Son olaraq çinli həkim Youyou Tu qızdırmanın müalicəsində kəskin effektə malik artemisin maddəsini kəşf etdiyi üçün 2015-ci ilə Tibb üzrə Nobel mükafatını qazanmışdı.
Zümrüd
-
Səhiyyə08:36Botoksdan istifadənin təhlükəsi açıqlandı
-
Hadisə08:19Şəkidə itlər Niderland vətəndaşına hücum etdi - Təcili əməliyyat olundu
-
Magazin207:47Ceyson Stethemin sevgilisi dekolteli transparan libasda - FOTO
-
ABŞ07:30Trampın səfəri zamanı “F-16” qırıcıları beş təyyarəni ƏLƏ KEÇİRDİ
-
Ekologiya07:17Bu ərazilərə yağış yağacaq - PROQNOZ
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı





















.png)











.jpg)
.jpg)