Digər
Çindən DAHA BİR ŞOK - Yeni koronavirus epidemiyası riski
Pekinin Sinfadi bazarında balıqların kəsmə lövhəsində koronavirus aşkar edildikdən sonra Avropa bu ölkədən somon idxalını dayandırıb.
Publika.az-ın xarici mətbuata istinadla xəbərinə görə, ekspertlərin qənaətincə, somon balıqları Çin paytaxtında ikinci yoluxma dalğasının mənbəyi ola bilər.
“Çindəki bütün satışları dayandırmalı olduq, vəziyyətin aydınlaşmasını gözləyirik”, - Norveçin “Royal Salmon” şirkətinin nümayəndəsi Steyn Martinsen “South China Morning Post”a verdiyi açıqlamada bildirib.
Pekinin əsas topdansatış bazarı Sinfadidə dəniz məhsulları şöbəsində yeni növ koronavirusun izləri aşkar edildikdən sonra supermarket və mağazalar bağlanıb. Epidemioloji araşdırma əvvəlcə qızılbalıq qəssab avadanlığına işarə edib, lakin sonra mütəxəssislər bildirib ki, bazara daxil edilməyən qızılbalıqlarda yeni tip virus yoxdur.
Balıqlarda mümkün olan COVID-19 mənbəyi ilə bağlı xəbərlər şəhər sakinlərinin balıq restoranlarından dəniz məhsulları almaqdan imtina etməsinə səbəb olub.
Çin hakimiyyəti isə məlumat yayıb ki, koronavirusun yeni epidemiya riski böyükdür, Pekində infeksiya böyümə mərhələsindədir. Öz növbəsində “CBS News” yazır ki, yeni dalğa bu ilin yanvar ayında Uhandakı vəziyyətə bənzəyir. Çinin baş epidemioloqu U Çzunyunun sözlərinə görə, növbəti günlər virusun necə yayıldığını anlamaq üçün kritik olacaq.
Aytən Məftun
-
İdman22:24“Sabah”-“Qarabağ” görüşündən sonra dava düşdü - Video
-
ABŞ22:14Onlar edam edilməyəcək - Tramp İrana təşəkkür etdi
-
Nida Xəbər 20:24Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
-
Elm və təhsil20:1210 gün dərs olmayacaq - Tarixlər
-
Sosial19:15Bu xəstəxananın tikintisində külli miqdarda mənimsəmə olub
-
Kriminal18:20Azərbaycanda 30 il əvvəl törədilmiş qətlin üstü açıldı - Meyiti boruda gizlədiblər
-
Qoroskop17:49Dünya xəritəsi yenidən çəkiləcək, bu ölkələr... - Məşhur ekstrasensdən sensasiyalı proqnoz
-
Sosial17:47Anar Bayramov daha iki yüksəkvəzifəli şəxsi işdən çıxardı























.png)













