Elm və təhsil
10 gün dərs olmayacaq - Tarixlər
Azərbaycanda məktəblilərin qarşıdakı istirahət günləri açıqlanıb.
Publika.az xəbər verir ki, ümumtəhsil müəssisələrində may-iyun aylarında şagirdləri bir neçə rəsmi tətil və qeyri-iş günləri gözləyir. Məlumata görə, bu müddətdə ibtidai siniflər üçün ayrıca istirahət günləri ilə yanaşı, bayramlara həsr olunmuş qeyri-iş günləri də olacaq.
May ayında tətil və qeyri-iş günləri:
• 1-5 may – ibtidai siniflər üçün bahar tətili
• 9 may – Faşizm üzərində Qələbə Günü
• 26-27 may – Qurban bayramı
• 28 may – Müstəqillik Günü
Bu tarixlərdə dərs prosesi dayandırılacaq və şagirdlər üçün rəsmi istirahət günləri olacaq.
İyun ayında:
• 12 iyun – orta məktəblərdə “Son zəng” tədbiri keçiriləcək. Həmin gün ənənəvi olaraq dərs keçirilmir.
Qeyd edək ki, sadalanan tarixlərdən sonra məktəbliləri bu tədris ili üzrə son rəsmi tətil günləri gözləyir.
Bu da ümumilikdə 10 gün müddəti təşkil edir.
(Bakıvaxtı.az)
-
Dünya06:161 milyard insan ölə bilər - Bill Qeytsdən şok xəbərdarlıq
-
ABŞ05:45Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi
-
İdman05:1535 zədə və 1701 gün itki: “Real Madrid” kabusla üz-üzə
-
Dünya02:00İran ABŞ-a Hörmüzlə bağlı 7 günlük plan göndərdi
-
Qoroskop01:20Günün ulduz falı: xoş xəbərlər alacaqsız
-
Nida Təhlil 25 Sentyabr 22:04Türkiyə mediasında Bakıya qarşı kampaniya cəhdi: BMT-də əslində nə baş verib?
-
Ekologiya25 Sentyabr 20:24Bu payız fərqli olacaq: Aralıq dənizindən gələn siklonlar Azərbaycana necə təsir edəcək?
-
Hadisə25 Sentyabr 19:40Azyaşlını döyən şəxs saxlanıldı - Foto/Yeniləndi



































