Qoroskop
Dünya xəritəsi yenidən çəkiləcək, bu ölkələr... - Məşhur ekstrasensdən sensasiyalı proqnoz
Qərb tabloidlərinin “pandemiyanı əvvəlcədən görən cadugər” adlandırdığı astroloq Cessika Adams yeni qalmaqallı proqnozla çıxış edib.
Publika.az xəbər verir ki, o, dünyada mövcud dövlət sərhədlərinin yaxın həftələr və aylarda ciddi dəyişikliklərə məruz qala biləcəyini bildirib.
Adamsın sözlərinə görə, dünya xəritəsi gözlənilmədən yenidən çəkiləcək və bu proses tək bir hadisə ilə məhdudlaşmayacaq, 2033-cü ilə qədər dalğavari şəkildə davam edəcək.
Onun iddiasına əsasən, əsas dəyişikliklər Ukrayna ətrafı regionlar, Yaxın Şərq və Qəzza ilə qonşu ərazilərdə hiss olunacaq. Astroloq xüsusilə 2026-cı ilin yayını “kritik dönüş nöqtəsi” kimi xarakterizə edir.
“Biz xəritənin necə silkələndiyini görəcəyik. Amma bu son deyil. Əsl dəyişikliklər 2033-ə qədər davam edəcək”, - deyə Adams bildirib.
O, həmçinin Yaxın Şərqdəki vəziyyətlə bağlı da proqnoz verərək, İsrail-HƏMAS müharibəsinin mərhələli şəkildə bitəcəyini, tam sakitlik hissinin isə yalnız 2026-cı ilin iyulunda yarana biləcəyini iddia edib.
Adamsın bu açıqlamaları ilk dəfə deyil ki, mediada müzakirə doğurur. O, daha əvvəl 2016-cı ildə Donald Trampın qələbəsini “öncədən gördüyünü” və COVID-19 pandemiyası ilə bağlı xəbərdarlıq etdiyini iddia etmişdi. Lakin skeptiklər onun proqnozlarının çox ümumi və müxtəlif hadisələrə uyğunlaşdırıla biləcək qədər qeyri-müəyyən olduğunu bildirirlər.
Müəllif: Adəm
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 26 Oktyabr 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama








.jpg)




.jpg)




















