Digər
Dünyanı koronavirusa yoluxduran Uhanda insanlar BELƏ ƏYLƏNİR - FOTOLAR
Koronavirus pandemiyasının başlanğıc nöqtəsi olan Çinin Uhan şəhərində həyat normala dönüb.
Ötən gün şəhərdə keçirilən böyük musiqi festivalına minlərlə insan qoşularaq əylənib.
Xatırladaq ki, 2019-cu ilin dekabrın son günlərində Uhanda aşkarlanmış yeni tip koronavirus hazırda planetimizin bir nömrəli problemi olmaqda davam edir. Artıq bir il yarımdır həyatımızda olan virus hər gün minlərlə insanı öz qurbanına çevirir, milyonlarla insanın həyatına ziyan vurur. Bu günə qədər dünyada 153,4 milyondan çox insan virusa yoluxub, 3,2 milyon insan isə ölüb. Rəqəmlər hər saniyə artır. Bəzi ölkələrdə, o cümlədən Hindistanda, Braziliyada epidemioloji vəziyyət tamamilə nəzarətdən çıxıb.
Bütün bunların fonunda epidemiyanın ilk ortaya çıxdığı Uhanda həyat normal vəziyyətinə dönüb.
Bir çox ölkələrdə pandemiya ilə bağlı məhdudiyyətlər davam etdiyi halda, Uhanda böyük Çiyələk Musiqi Festivalı başlayıb. Festivalın ilk günündə minlərlə insan konsertlərdə iştirak edib.
"Daily Mail" qəzetinin yazdığına görə, ötən gün festivala 11 mindən çox insan qoşulub. Yayılan görüntülərdə insanların maska taxmadığı və sosial məsafəyə məhəl qoymadığı əks olunur.
Yerli mətbuatın məlumatına görə, Uhanda son zamanlar yalnız bir neçə yeni yoluxma faktı aşkar edilib. Bununla da şəhər epidemiyaya qalib gəlmiş hesab olunur.
Ötən gün Çində ümumilikdə cəmi 15 yeni yoluxma faktı qeydə alınıb.
Qeyd edək ki, bu günə qədər Çində 90,6 min insan koronavirusa yoluxub, 4,6 mindən çox insan virusdan vəfat edib. Bu göstəricilərinə görə Çin dünya ölkələri arasında 96-cı yerdədir. (musavat.com)
-
İqtisadi gündəm06:46Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
-
Magazin106:16Çelikdən Hüseyn Məmmədoğluna sərt reaksiya: Qısqanırsan!
-
Nida Xəbər 04:30Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
-
İdman03:44Messi aldı, La Liqa klublarını ötməyə başladılar
-
Region03:18Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
-
Qoroskop01:40Günün ulduz falı: diqqətsizlik itkiyə səbəb olacaq
-
Nida Xəbər 20 Aprel 23:00Sumqayıtda işdən çıxarılan baş memarın yerinə yeni təyinat
-
Hadisə20 Aprel 22:32Ağcabədidə ağır qəza - Ölən və yaralananlar var














.jpg)


















