Digər
Türkiyə Əfqanıstana QOŞUN YERİDİR: ABŞ-ın 20 illik mövcudluğunun sonu və...
ABŞ-ın Əfqanıstandan çəkilməsi ölkədə daha sərt bir müharibənin başlayacağına işarədir. İntiqam üçün gəldiyi ölkəni 20 ildən sonra böyük bir məyusluqla tərk edən ABŞ qanlı bir miras qoyaraq Əfqanıstandan qaçır.
Publika.az "Haber 7"ə istinadən xəbər verir ki, ABŞ Əfqanıstandakı 20 illik mövcudluğuna son qoyur.
13 iyul tarixindən etibarən ABŞ Prezidenti Co Bayden 11 sentyabr hadisələrinin 20-ci ildönümünə qədər ABŞ qoşunlarının Əfqanıstandan tamamilə çıxarılacağını elan etdikdən sonra qoşunların 90 faizi geri çəkilib.
ABŞ-ın paytaxt Kabildəki səfirliyini qorumaq üçün bölgədə yalnız 650 amerikalı əsgər qalacaq.
Digər tərəfdən, Əfqanıstandakı son ABŞ əsgərlərinin getməsi ilə ölkədə daxili qarışıqlıq və vətəndaş müharibəsi gözləntiləri artıb. ABŞ əsgərləri tərəfindən boşaldılmış bölgələrdə əfqan təhlükəsizlik qüvvələri “Taliban”la mübarizə aparmaq məcburiyyətində qalır.
20 illik müharibə faktiki olaraq sona çatdı
Dünya mətbuatı bu hadisəni ABŞ-ın 20 illik müharibəni faktiki olaraq sonlandırdığına vurğu etsə də, bu vəziyyətin sülh gətirməyəcəyi də ayrıca vurğulanıb. Çünki ABŞ əsgərlərinin geri çəkilməsi “Taliban”ın müəyyən mənada bu bölgələri ələ keçirməsi deməkdir.
Dünən (12 iyul) istefa edən Əfqanıstandakı ABŞ qoşunlarının komandiri Austin Skott Miller açıqlamasında bu xüsusa toxunaraq, bir "vətəndaş müharibəsi" ilə qarşı-qarşıya olduqlarına diqqət çəkib. Ölkənin dörddə birinin onsuz da “Taliban”ın əlində olduğunu söyləyən Miller ABŞ qüvvələrinin geri çəkilməsindən sonra Əfqanıstan hökumətinin orada yalnız 6 ay davam gətirə biləcəyini bildirib.
Müharibənin fiziki tərəfi ilə yanaşı, psixoloji və mənəvi komponentlərə də sahib olduğuna diqqət çəkən Miller ərazilərin itirilməsi ilə narahatlıq duyulmalı olduğunu qeyd edib: “Taliban”ın ölkə daxilində irəliləməsini izləyərkən, baş verməsini istəmədiyiniz şey insanların ümidlərini itirmələri və indi özləri üçün əvvəlcədən müəyyən edilmiş bir nəticəyə sahib olduqlarına inanmalarıdır".
Miller geri çəkilmənin “hərbi müdaxilə” olacağını, “Taliban”ın hərəkətə keçməsi ilə ABŞ-ın Əfqanıstan üçün əlverişsiz şərait yaratdığını vurğulayıb.
Əsl müharibə indi başlayır
“CNN”in milli təhlükəsizlik analitiki, ABŞ yazıçısı professor Peter Bergen məqaləsində vətəndaş müharibəsi təhlükəsinə də işarə edərək, ABŞ-ın Əfqanıstandakı siyasətindəki uyğun olan tək şeyin uyğunsuzluq olduğunu deyib.
Bergen ABŞ-ın geri çəkilməsinin “sülh gətirəcəyi” barədə yanlış düşüncəni vurğulayaraq, böyüməkdə olan bir müharibəyə işarə edib. O, digər analitiklər kimi hesab edir ki, Əfqanıstanda müharibə daha da güclənəcək.
Ölkədə mövcud vəziyyət necədir?
“Taliban” mərkəzlər də daxil olmaqla 407 bölgədən 160-dan çoxunu ələ keçirib. “Taliban” nəzarətindəki bölgə mərkəzlərinin sayının 245 olduğunu iddia edir. Ölkədəki 34 əyalət mərkəzi tamamilə dövlətin nəzarətindədir.
Əfqanıstanın böyük bir hissəsində - 407 rayondan 190-da təhlükəsizlik qüvvələri ilə “Taliban” arasında qarşıdurma davam edir. “Taliban” silahlıları rayon mərkəzləri ilə yanaşı əyalət mərkəzlərini də hədəf almağa başlayıblar. Ölkənin şimal-şərqində Bədəxşan vilayətində 3, Tahar vilayətində 2 və Kunduz vilayətinin 3 rayonunu nəzarətdə saxlayan hökumət qüvvələri “Taliban”ın ələ keçirdiyi bölgələri geri almaq üçün əməliyyatlarına davam edir.
“Taliban” paytaxta Kabilə hücum edir
Əvvəllər ölkənin cənubundakı əyalətlərdə hücumlarını gücləndirən “Taliban” son iki ayda şimal, şimal-şərq və qərb bölgələrinə daha çox hücum edib. Şimalda Faryab, Cüzcan, Belh, Bağlan, Kunduz, Samangan, şimal-şərqdə Bədəxşan və Tahar, qərbdə Gor, Herat və Badgis əyalətlərində “Taliban” şiddətli hücumlara başlayıb. May ayından bəri silahlı qruplaşmanın nəzarətində olan bölgələrin ümumi sayı 80-i ötüb.
Mayın 12-də “Taliban” Maydan Vardak vilayətinin Narh bölgəsini ələ keçirib və 30 kilometr uzaqlıqdakı paytaxt Kabilin inzibati sərhədləri ilə təmas qurub.
ABŞ 20 il sonra başladığı yerə döndü: “Taliban”ın nəzarət sahəsi artdı
Corc Buşdan sonra bütün ABŞ prezidentləri Amerikanın Əfqanıstandakı fəaliyyətini azaltmağa və hansısa yollarla oradan çıxmağa çalışıblar.
Son illərdə Əfqanıstandan çəkilmə barədə Ağ Evdə danışıqların aparıldığı məlumdur. Digər tərəfdən, “Taliban” danışıqlarda döyüş sahəsindəkindən daha çox qazanc əldə etdi. Bu, sülh danışıqlarının boş bir cəhd kimi baxılmasının vacib bir səbəbi idi. ABŞ 20 illik müharibədən sonra başladığı yerə geri döndü və “Taliban” yenidən Əfqanıstanın böyük hissəsinə nəzarət etmək üzrədir.
ABŞ-ın ilk dəfə Əfqanıstana necə girdi?
Əfqanıstan ilk prezidenti Sərdar Məhəmməd Davudun 27 aprel 1978-ci ildə çevriliş nəticəsində devrilməsindən sonra hakimiyyətə gələn kommunist rejimlə qarşılaşdı.
Xalqın dini və ənənəvi quruluşundakı radikal müdaxilələr sayəsində bütün ölkədə iğtişaşlar başladı və sonrakı sovet işğalı bu qiyamları daha da gücləndirdi. “Taliban”ın ortaya çıxması və güclənməsi sovet ordusunun geri çəkilməsindən sonra vətəndaş müharibəsinin başlaması ilə başladı və Əfqanıstan “Taliban”ın hakimiyyəti altına daxil oldu.
Əkiz Qüllələrin bombalandığı 11 sentyabr hücumları ABŞ-ın Əfqanıstana girməsinə yol açdı. “Taliban” hücumlara görə məsuliyyəti öz üzərinə götürən “Əl-Qaidə” lideri Üsamə bin Ladenin ekstradisiyasını tələb etdi, ancaq bu, baş tutmadı. Buş rəhbərliyi altında olan ABŞ ordusu 2001-ci ildə “Əl-Qaidə” liderlərini yox etmək üçün 2001-ci ildə Əfqanıstana girdi və 11 sentyabrdan sonra buna “Davamlı Azadlıq Əməliyyatı” adını verdi.
ABŞ-ın davamlı ən uzun savaşı
ABŞ rəhbərliyindəki NATO müdaxiləsinə məruz qalan Əfqanıstandakı müharibə Amerika tarixindəki ən uzun fasiləsiz müharibə halına gəlib. 3 ay ərzində əfqan milisləri ilə ittifaq bağlayaraq “Taliban”ın devrilməsi ABŞ-ın qələbəsi kimi qəbul edilsə də, zamanla bu, rejimin devrilməsindən daha çox sülhün təmin edilməsinin çətin olduğu başa düşülüb.
ABŞ eyni vəziyyəti 2003-cü ildə Corc Buşun prezidentliyi dövründə İraqda və 2011-ci ildə Barak Obamanın prezidentliyi dövründə Liviyada yaşayacaqdı.
Vəziyyət ABŞ üçün nə zaman pis olmağa başladı?
Buş dövründən ABŞ müdafiə naziri Donald Ramsfeld Əfqanıstanda “Taliban”ın süqutundan sonra İraqda kütləvi qırğın silahlarının olduğunu iddia edib və işğal planının memarı olub.
2007-ci ildə “Taliban” Əfqanıstanda yenidən təşkilatlanıb. İntihar bombalarının artdığı bir dövrdən sonra - 2009-cu ildə Barak Obama prezident "yaxşı müharibə" olaraq xarakterizə edilən şey pisə doğru gedirdi.
Obama geri çəkilmə tarixini 2011 olaraq açıqlamışdı
2009-cu ilin sonunda Nyu-Yorkdakı “West Point” Hərbi Akademiyasında etdiyi çıxışında Obama 30 min əsgərin Əfqanıstana dəstə məqsədilə göndəriləcəyini bildirib. O dövrdə Əfqanıstanda 68 min olan ABŞ əsgərlərinin sayı bununla 100 minə çatacaqdı. Obama bu çıxışında ABŞ əsgərlərinin geri dönmə tarixini 2011-ci ilin ortaları olaraq təyin edib.
“Taliban” üçün Obamanın çıxışından çıxarılan ən vacib nəticə qoşun sayının artması deyil, geri çəkilmə tarixi idi. İkinci prezidentliyi dövründə Obama 2011-ci ildə İraqdakı hadisələr səbəbiylə ABŞ əsgərlərinin Əfqanıstandan çıxarılması vədini yerinə yetirmədi. Çünki İŞİD ABŞ-ın İraqdan çəkilməsindən sonra yaranan boşluğu doldurdu və eyni vəziyyətin Əfqanıstanda olması istənilmədi.
Tramp üçün ilin “ən mübahisəli” xarici siyasət qərarı
Obama prezidentliyinin son aylarında Əfqanıstanda 8400 əsgərdən ibarət bir qüvvənin qalacağını açıqladı. Bu durumda 2017-ci ildən etibarən vəzifəsini icra edən sabiq ABŞ prezidenti Donald Trampa daha dar çərçivədə bir manevr imkanı buraxıldı.
Trampın hakimiyyətə gəldiyi ilk ildə ən çox mübahisəli xarici siyasət qərarı Əfqanıstandakı birliklərin taleyi oldu.
2017-ci ilin sonunda əsgər sayı 14 minə qaldırıldı
Trumpın baş strateqi Stiv Bannon ABŞ-a üstünlük verirdi, milli təhlükəsizlik məsləhətçisi Herbert Raymond McMaster isə Əfqanıstanda daha çox ABŞ əsgərinin yerləşdirilməsi ilə terror qruplaşmalarının, xüsusən “Taliban”ın ora yerləşməsinin qarşısı alınacağını iddia edib.
Tramp Əfqanıstanda qalmağın boş bir cəhd olduğunu düşündü, lakin həm McMaster, həm də Pentaqon onu Əfqanıstandan ayrılmanın burada qalmaqdan daha pis nəticələrə səbəb olacağına inandırdı. Beləliklə, Tramp Əfqanıstandakı qoşun sayını artırmağa çağırdı və ABŞ qüvvələrinin sayı 2017-ci ilin sonuna qədər 14 minə yüksəldi.
Prezidentliyinin son aylarında Tramp bütün ABŞ qoşunlarının 2020-ci ilin sonuna qədər Əfqanıstandan çıxacağını açıqladı. O, 2021-ci ilin mayına qədər ABŞ əsgərlərinin geri qayıdacağı və orada 2500 əsgərin qalacağı ilə bağlı “Taliban”la müqavilə imzaladı.
Əfqanıstandan çəkilmə qərarında son pərdə
ABŞ-ın Əfqanıstandan çəkilmə qərarı 2021-ci ilin əvvəlində Co Baydenin Prezident səlahiyyətlərini icra etməsi ilə qüvvəyə mindi.
ABŞ əsgərinin bir müddət Əfqanıstanda qalması “Taliban”ın bu coğrafiyadakı təsirini məhdudlaşdıra, əfqan hökumətini isə gücləndirə bilər. Ancaq ABŞ illərlə davam edən müddətdə xəyalında qurduğu və uğursuz olduğu "tək Əfqanıstan" rəhbərliyini qura bilmədi.
Vahid hökumətin qurulması ehtimalı aşağıdır
Co Bayden bu yaxınlarda verdiyi açıqlamasında Əfqanıstana 11 sentyabr hücumlarının günahkarları və Üsamə bin Laden üçün girildiyini ifadə edərək, "Əfqanıstandakı missiyamız 31 avqustda bitəcək”, - deyə qeyd edib. ABŞ-ın geri çəkilməsindən sonra ortaya çıxacaq mənzərə ilə əlaqədar olaraq isə bildirib ki, Əfqanıstanda bütün ölkəni idarə edən tək bir hökumətin olma ehtimalı çox aşağıdır.
Əfqanıstan və Kabilin “Taliban”ın əlinə keçəcəyi ilə bağlı Bayden qeyd edib ki, əfqan qüvvələri ölkəni qoruya biləcəklər. O, ABŞ-ın geri çəkilməsini "tapşırıq yerinə yetirildi" deyə elan etməyəcəklərini, çünki bu missiyanın “Əl-Qaidə” devrilərkən və Üsamə bin Laden öldürüldükdə başa çatdığını deyib.
Ağ Evin sözçüsü Jen Psaki də geri çəkilmə ilə əlaqədar qələbə elan etməyəcəklərini bildirib və bu işğal üçün "bu, 20 illik hərbi olaraq qazanılmamış bir müharibə", sözlərindən istifadə edib.
Türkiyənin Əfqanıstanda üzərinə götürəcəyi rolun əhəmiyyəti nədir?
ABŞ-ın Əfqanıstandan çəkilməsindən sonra paytaxt Kabildə və ölkənin dünyaya açılan yeganə hava limanı olan Həmid Kərzai Beynəlxalq Hava Limanını Türkiyənin qoruması gündəmə gəlib. ABŞ və NATO ilə müzakirə edilən hərbi, təhlükəsizlik, iqtisadi və maddi-texniki məsələlərdə bir razılığa gəlinərsə, Türk hərbçiləri hava limanını qorumaq vəzifəsini öz üzərinə götürəcəklər.
“Taliban” qruplaşmasının Əfqanıstandakı güclü mövqeyi bütün bölgədəki terror təhlükəsi kimi bəzi risklər daşısa da, Türkiyə üçün də ciddi qazanclar təmin edə bilər. Əfqanıstandakı hərbi və siyasi fəaliyyət Suriya və Liviyadakı fəaliyyətlərindən, Cənubi Qafqazda hərbi və siyasi söz sahibi bir ölkə mövqeyinə yüksəlməsindən sonra Türkiyənin əhəmiyyətini daha da artıracaq.
Əfqanıstan Mərkəzi Asiyanın qapısının açarıdır. Əfqanıstanda söz sahibi olmaq Türkiyənin Rusiya, Çin və İrana qarşı gücünü artıracaq.
Akqabay
-
Magazin122:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
Region21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO