Dünya
İranın Suriyadakı oyunu: Yaxın Şərq qana boyanır
Suriyada 4 ildir davam edən və 300 min nəfərin ölməsi ilə nəticələnən müharibədə xaricdən gələn şiə milislər böyük rol oynayır.
Publika.az xəbər verir ki, “Türkiyə” qəzeti İranın Suriyada daxili
müharibənin davam etməsində aktiv rol oynadığını yazıb.
“Bəşər Əsəd ordusunun zəifləməsi fonunda dövriyyəyə girən İran
şiələrin yaşadığı ölkələrdən əsgər toplayaraq Suriyaya aparır. Bu
sırada İran, İraq və Liviya başda olmaqla müxtəlif ölkələr var.
Əsədin hakimiyyətdə qalmasında bu amil böyük rol oynayır”, - deyə
qəzet yazıb.
Lakin təkcə adıçəkilən üç ölkədən gətirilən şiə əsgərlər deyil,
digər qruplar da var.
Orta Şərq Strateji Araşdırmalar Mərkəzinin araşdırmalarına görə, terror təşkilatı İŞİD nümunəsində olduğu kimi dünyanın bir çox ölkəsində Əsəd ordusunda vuruşmaq istəyən könüllülər toplanır. Ərəb olmayanlar arasında ən böyük könüllü dəstələri şiə əfqanlardan ibarətdir. Bundan başqa, Səudiyyə Ərəbistanı şiələrinin qurduğu Hicaz Hizbullahına bağlı döyüşçülər, Yəməndə şiə husilərə bağlı olan Zeydilər, Pakistan, Hindistan, Somali və Fildişi sahili kimi Afrika ölkələrində yaşayan şiələr də könüllü olaraq Suriyada Əsəd tərəfindən döyüşürlər. Bu siyahıya ABŞ və Kanada vətəndaşı olan şiə ərəblər də daxildir.
Asif Nərimanlı
-
Magazin113:50
"Bahar"da yeni sima - FOTO
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO
-
Ekologiya12:24
Sabahın havası: 30 dərəcə isti olacaq
-
Region12:12
Türkiyədə qeyri-adi təbiət hadisəsi baş verdi - FOTOLAR
-
Hadisə11:24
"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO
-
İKT09:00
“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU