Dünya
“Havadan çevriliş qoxusu gəlir”
ABŞ-ın nüfuzlu “Forbes” jurnalı Kremldə Putini devirmək
üçün plan hazırlandığı barədə sensasion məqalə dərc
edib.
“SSRİ-nin dağılmasından dörddə bir əsr sonra kremlenoloqlar
Vladimir Putinin hədsiz yüksək reytinqinə baxmayaraq havadan
çevriliş iyinin gəldiyini hiss edirlər.
Bəzilərinin “Politbüro 2.0” da adlandırdığı Kreml elitası hazırda
Putinin vəziyyəti daha da korlamadan hakimiyyətdən
uzaqlaşdırılmasının lazım olduğuna dair qərar verir”-məqalədə
deyilir.
“Forbes”in məqaləsində nüfuzlu “Kommersant” nəşrinin əsasını qoyan
şəxsin tezliklə Rusiyada köklü dəyişikliklərin olacağıı təxmin
etdiyini , hansısa vəsaitləri olan rusiyalılara uşaqlarını da
özləri ilə götürüb ölkəni təxminən bir aylığa tərk etməyi məsləhət
gördüyünü yazır.
Jurnal yazır ki, Putinin siyasətinin uğursuzluqları hər gün daha
aydın görünür. Heç kim inkar etmir ki, Rusiyada kleptokratik dövlət
var və onun liderləri milli sərvətlərin böyük hissəsini
oğurlayıblar. Lakin indi Rusiya həm də beynəlxalq normaları və
hüququ tapdalayan üzdəniraq dövlətə çevrilib. Bu dövlət rəsmən
yalan danışmaqdan usanmır və beynəlxalq məhkəmələr qarşısında böyük
borcları yaranıb. Putinin Kremlinin sərgilədiyi dünyagörüş digər
dünya liderlərində həyacan siqnalı doğurur.
Putinin iqtisadi siyasəti fəlakətdir. Diversifikasiya barədə bütün
vədlərə baxmayaraq Rusiya neftin dünya bazarlarındakı qiymətindən
asılı olan xammal iqtisadiyyatına malik ölkədir.
Neftin kəskin ucuzlaşması və onunla eyni vaxtda tətbiq olunan ərzaq
embarqosu nəticəsində Rusiya artıq altıncı kvartaldır ki, iqtisadi
tənəzzül içərisindədir. Əhalinin həyat səviyyəsi aşağı düşür,
baxmayaraq ki, Putin stabillik və çiçəklənmə vəd edir.
İnvestisiyaların yoxluğu Rusiya iqtisadiyyatının gələcəyini daha da
ağırlaşdırır. Və ancaq Putinin bürokratik aparatı sağ-salamatdır.
Ehtiyat fondlar tezliklə tükənəcək. Qara gün üçün artıq heç nə
qalmayıb və Putinin bəyanatlarına artıq onun dostları da
inanmır.
Rus xalqı bütün bunların əvəzində nə aldı? Krımı aldı. Hansı ki,
rusiyalıların əksəriyyəti onun onsuz da Rusiya “anaya” aid olduğunu
düşünürdü. Putinin silahla hədələməsi hamının diqqətini cəlb etdi
və qorxu yaratdı. Onun Rusiyaya superdövlət imicini qaytarmaq
planları SSRİ-nin dağılmasından narazı qalanlarda müsbət reaksiya
doğurur. Rusiyalıların bir çoxu Putin təbliğatının asan ovuna
çevrildi.
Lakin xalqdan fərqli olaraq “Politbüro 2.0” başa düşür ki, əslində
Rusiya iqtisadiyyatı nə vəziyyətdədir. Neftin qiyməti qalxmayana
qədər Rusiya iqtisadiyyatı tənəzzüldə qalacaq. Buna isə illər
gedəcək.
Borc içində üzən Rusiya şirkətləri kredit götürə bilmir, Çin isə
ona kömək etmir və etmək istəmir. Kremlin ərzaq idxalına qadağa
qoyması ona gətirib çıxardı ki, inflyasiya 15 faizi keçdi.
“Politbüro 2.0” Putinin xarici siyasətində də yaxşı heç nə tapmır.
Rusiya Krımı bir güllə də atmadan ilhaq etdi, ancaq bu ölkəyə on
milyardlarla dollara başa gəldi və hazırda Krım korrupsiya
bataqlığındadır.
Ukraynanın şərqindəki separatçıları dəstəkləməklə Kreml
rusiyameylli separatçıların mövqelərini möhkəmləndirdi, ancaq
Ukraynanın siyasətinə içəridən təsir etmək imkanlarını da əldən
verdi. Hazırda Ukrayna ordusu möhkəmlənib və separatçıların əvvəlki
mövqelərini saxlaya biləcəkləri şübhə doğurur.
Əgər Putin Mariupolu almaqla Krıma quru dəhlizi açmağa qərar versə,
Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq olunacaq, banklar SWIFT
beynəlxalq ödəmə sistemindən kənarlaşdırılacaq. Bu isə Rusiyadan
maliyyə transaksiyalarının tam dayanmasına gətirib çıxaracaq. Və
Putinin kleptokratik rejimi sayəsində varlananların hamısı müflis
olacaq.
Məqalədə deyilir ki, Putin hakimiyyətinin sonunun yaxınlaşdığını
çoxları düşünür, lakin bunun nə vaxt baş verəcəyi qaranlıq qalır.
Seçilmiş prezident olaraq Putin ya postundan gedəcək, ya da fizik
mövcudluğunu dayandıracaq. Bir sıra əlamətlər təxmin etməyə əsas
verir ki, Putinin yaxın müttəfiqlərinə hücumu artıq başlayıb.
“Forbes” buna misal kimi Putinin mətbuat katibinin 650 min
dollarlıq saat gəzdirməsinə və 500 min dollara yaxta kirayələyib
istirahətə getməsinə dair faktların ortaya çıxmasını göstərir.
İkincisi, Putinin yaxın ətrafına daxil olan, Qərb sanksiyalarının
hədəfindəki Vladimir Yakunin istefaya gedib və senator olmağa qərar
verib. “Forbes”in rus versiyasının mənbələri deyir ki, əgər Yakunin
doğrudan da istefa veribsə deməli son günlər Kremldə çox ciddi
hadisələr olub.
Nəhayət, Putinin uşaqlıq dostu, biznesmen Gennadi Timçenko
yarırəsmi “Vedomosti” qəzetinin kəskin tənqid hədəfinə
çevrilib.
Qəzet yazır ki, Qərbin sanksiyaları nəticəsində təcrid olunmuş
Timçenko Cenevrə gölü sahilindəki villasına gedə bilmir və Moskva
ətrafında Xruşşovun “daça”sında məskunlaşıb. Həmçinin qəzet onun
şübhəli işgüzar partnyorları barədə bəhs edir. Sanksiyalara qədər
Timçenko “Gunvor” neft treyderinin səhmlərinin yarısına nəzarət
edirdi və şaiyələrə görə bu şirkət Putinin əsas gəlir
mənbəyidir.
Məqalədə deyilir ki, Putinin keçmiş şəxsi mühafizəçisi və daxili
qoşunların komandanı Viktor Zolotov xüsusi xidmət orqanlarına yaxın
nəşrin kəskin tənqidinə məruz qalıb. Onun əmlakının, mənzillərinin,
torpaq sahələrinin uzun siyahısı açıqlanıb. Zolotovun əmlakının
dəyəri azı 1 milyard dollardır.
“Zolotovu ifşa edənlər bu mesajı verirlər ki, əgər bir vaxtlar
Putini mühafizə edən adamın 1 milyardı varsa görün onun mühafizə
etdiyinin özünün nə qədər pulu var”-məqalədə deyilir.
Bəziləri hesab edir ki, Putin köhnə dostlarına marağını itirib və
bu səbəbdən onlardan yaxa qurtarmaq istəyir. Lakin bu, qətiyyən
ağlabatan deyil. Putin heç vaxt hakimiyyətini riskə atıb yaxın
dostlarını güdaza verməzdi. Ona görə də hazırda hakimiyyət uğrunda
hansısa mübarizə gedir və bu mübarizənin hədəfi Putin özüdür. Hücum
taktikası isə klassikdir: əvvəlcə bossun yaxın tərəfdaşlarını
sıradan çıxarmaq lazımdır.
Hərçənd bəziləri hesab edir ki, “Politbüro 2.0”-dan çıxan istənilən
yeni rəhbər Putindən yaxşı olmayacaq. Ancaq rusiyalı analitik
Andrey Piontkovski başqa fikirdədir. O hesab edir ki, Rusiya
elitası Qərbə “hər şeyin yaxın həftələrdə həll olunacağına dair”
siqnal göndərir.
“Bizdə yalan həyəcan siqnalları əvvəllər də olub. Ola bilsin bu da
onlardan biridir, ancaq ən azından biz Putin hakimiyyətinin sonuna
aparan yolu nəzərdən keçirə bilərik. Qeyd etmək lazımdır ki, Putin
Mixail Qorbaçova qarşı qiyamın ildönümünü Krımda qeyd etdi.
Nəzərdən qaçırmaq lazım deyil ki, o, Krıma hökumətinin dörd əsas
üzvünü aparmışdı. Hansı ki, bunlar çox güman ki, Putinin varisini
seçəcəklər. Yadda saxlayın: dostlarını yaxında saxla, düşmənlərini
isə onlardan da yaxında...”- deyə “Forbes” məqaləni
yekunlaşdırır.
-
Qoroskop09:42
Sevdiyini anında unudub yeni eşqə yelkən açan ÜÇ BÜRC
-
Nida Xəbər 09:36
Yağış, qar, dolu... - FAKTİKİ HAVA
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var