Dünya
Rusiya İraqda da İŞİD-lə müharibəyə başlayacaq

İraqın baş naziri Haydar al-Abadi ölkə ərazisində İŞİD terror qruplaşması ilə mübarizə üçün Rusiya və İranın iştirakı ilə koalisiyanın yaradılmasını təklif edib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, baş nazir ABŞ-ın İŞİD-ə qarşı mübarizə üçün İraqa lazımı dəstək vermədiyini bildirib.
“Rusiya aviasiyasının İraq ərazisində İŞİD-ə qarşı əməliyyatlarda iştirakına hazırıq. Ancaq bu barədə prezident Vladimir Putinlə hələ müzakirə aparılmayıb”, - baş nazir söyləyib.
İraq baş nazirinin açıqlamasına cavab olaraq Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi İlya Roqaçev bildirib ki, əgər müraciət daxil olarsa, Moskva Bağdadın hərbi kömək haqqında xahişini qiymətləndirəcək.
Qeyd edək ki, Rusiya sentyabrın 30-dan başlayaraq Suriyada İŞİD-ə qarşı əməliyyatlara başlayıb. Bundan əvvəl isə Suriya prezidenti Bəşər Əsəd hərbi yardım haqqında Rusiya rəhbərliyinə müraciət edib.
Ömər Dağlı

-
İdman11:46
Qurban Qurbanovun ailəsinin çempionluq FOTOSU
-
Dünya11:39
Məşhurlar Ərdoğanı belə təbrik edir: Ömrümdən 40 il sənin olsun, rəis
-
Magazin111:08
"Birinci dəfə ailə həyatı quranda..." - Roza Zərgərli
-
İdman10:30
Ramil Şeydayevlə Qurban Qurbanov belə vidalaşadı - TƏSİRLİ ANLARIN VİDEOSU
-
Magazin210:00
Alişandan Ərdoğana DƏSTƏK: "Hər zaman qalib gələn böyük lider"
-
Ekologiya07:17
Bu yerlərdə yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək
-
Magazin106:16
“21 gün xəstəxanada həyatda qalma mübarizəsi apardım”
-
Magazin203:13
Edis azərbaycanlı xanım reperə dəstək oldu - FOTO