Dünya
Ərdoğanın idealı ölüm ayağındadır
Əfqanıstandakı “Hizb-i İslami” təşkilatının lideri Gülbəddin Hikmətyar ölüm ayağındadır.
Publika.az “Fars” agentliyinə istinadən xəbər verir ki, Pakistanın Pişəvər şəhərində yaşayan Gulbəddin Hikmətyarın vəziyyəti iki gün əvvəl pisləşib.
Əfqan liderin xəstəxanaya aparıldıqdan qısa müddət sonra komaya düşdüyü və vəziyyətinin ümidsiz olduğu bildirilir.
Əfqanıstanın ən güclü liderlərindən sayılan və bir dövrlər ölkənin baş naziri olan Hikmətyar ABŞ tərəfindən “qlobal terrorçu” elan edilib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın gənclik dövründə ideallarından olan Gülbəddin Hikmətyar ötən ay İŞİD terror qruplaşmasına dəstəyini açıqlayıb. 1977-ci ildə qurulan “Hizb-i İslami” 1979-cu ildə başlayan sovet işğalına qarşı mübarizə aparıb.
Rəcəb Tayyib Ərdoğan 1993-cü ildə Rifah Partiyasında olduğu vaxt Hikmətyarla şəkil çəkdirmiş və bu hadisə ölkədə birmənalı qarşılanmamışdı.
Ömər Dağlı
-
Hadisə10:50“Zelenoqrad Çikatilosu” öldürüldü: Qadın qatilini Ukrayna ordusu məhv etdi
-
Dünya10:30Trampa qarşı şok iddia: Çıxışlarından bir neçə saat əvvəl...
-
MDB09:24Dobnbas şaxtaları uğrunda döyüş: Rusiya strateji nöqtələri ələ keçirdi
-
İdman09:12Rəhim Həsənov niyə istefa vermir?
-
ABŞ09:00O da Tramp administrasiyasını tərk edir
-
Sosial08:12Ağdam şəhərinə daha 92 ailə yola salındı
-
Ekologiya07:55Azərbaycanın məşhur turizm bölgəsində dəhşətli mənzərə - Video
-
İqtisadi gündəm06:46Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir












.webp)





















