İdman
FIFA İran millisi ilə bağlı QƏRAR VERDİ
İran milli futbol komandası 2026-cı il Dünya Kubokunda, o cümlədən ABŞ-da keçiriləcək oyunlarda iştirak edəcək.
Publika.az xəbər verir ki, bu barədə FIFA prezidenti Canni İnfantino bildirib.
O, Kanadada keçirilən FIFA Konqresində çıxış edərkən deyib ki, "İran, əlbəttə ki, 2026-cı il FIFA Dünya Kubokunda iştirak edəcək. Əlbəttə ki, İran ABŞ-də oynayacaq".
İran milli komandasının Dünya Kubokunda iştirakı ABŞ ilə İran arasındakı münaqişə səbəbindən sual altında idi. Tehran turnirdə oynamağa hazır olub-olmadığından əmin olmadığını bildirib. ABŞ Prezidenti Donald Tramp da komandanın turnirdə iştirakına qarşı olmadığını qeyd edib, lakin bunun oyunçuların özləri üçün risk yarada biləcəyini nəzərə alaraq bunu məqsədəuyğun hesab etmədiyini vurğulayıb.
2026 Dünya Kuboku qrup tərkibi
A qrupu: Meksika, Cənubi Afrika, Cənubi Koreya, Çexiya
B qrupu: Kanada, Qətər, İsveçrə, Bosniya və Herseqovina
C qrupu: Braziliya, Mərakeş, Haiti, Şotlandiya
D qrupu: ABŞ, Paraqvay, Avstraliya, Türkiyə
E qrupu: Almaniya, Kürasao, Fil Dişi Sahili, Ekvador
F qrupu: Niderland, Yaponiya, Tunis, İsveç
G qrupu: Belçika, Misir, İran, Yeni Zelandiya
H qrupu: İspaniya, Kabo-Verde, Səudiyyə Ərəbistanı, Uruqvay
I qrupu: Fransa, Seneqal, Norveç, İraq
J qrupu: Argentina, Əlcəzair, Avstriya, İordaniya
K qrupu: Portuqaliya, Özbəkistan, Kolumbiya, Konqo Demokratik Respublikası
L qrupu: İngiltərə, Xorvatiya, Qana, Panama
2026-cı il FIFA Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək.
-
Magazin205:15"Kızılcık Şerbeti"nin 35 yaşında ölən aktrisası ilə bağlı şok iddia - Vəkili prokurorluğa müraciət etdi
-
İdman02:44Hakim Messiyə sarı vərəqə belə göstərmədi... - FİFA-ya şikayət
-
Qoroskop01:40Günün ulduz falı: Gizli qalan bəzi məsələlər aydınlaşa bilər
-
Ekologiya00:27Bakıda bu həşəratlar çoxalır - Xəbərdarlıq
-
Region19 İyun 23:00İstanbulda metro qatarı relsdən çıxdı: yaralılar var - Yeniləndi
-
Səhiyyə19 İyun 21:26Daha bir nəfər rəqs edən həkimin qurbanı oldu - Video
-
Avropa19 İyun 21:00Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
-
Hadisə19 İyun 19:40Azərbaycan-Ermənistan sərhədində zəlzələ


































