Hadisə
İrəvanda ermənisayaq zarafat: Zebra bildilər, eşşək çıxdı - VİDEO
Ermənistanın paytaxtı İrəvanda səhər saatlarında qeyri-adi və gülməli hadisə yaşanıb.
Publika.az yerli mediaya istinadən xəbər verir ki, şəhərin Myasnikyan prospektində zebranın sərbəst şəkildə gəzdiyi barədə polisə məlumat daxil olub.
Məlumata görə, polis əməkdaşları, zoopark işçiləri və yoldan keçən sakinlər "vəhşi heyvanı" tutub zooparka qaytarmaq üçün saatlarla tər töküblər.
Lakin hadisənin əsl mahiyyəti bir qədər sonra məlum olub. İrəvan merinin müavini Sarkis Madatyan açıqlama verərək bildirib ki, küçədəki heyvan zebra yox, mahir şəkildə boyanmış eşşəkdir.
Məlum olub ki, şəxsiyyəti hələlik müəyyən edilməyən bir vətəndaş maraqlı video çəkmək xatirinə öz eşşəyini zebra rənginə boyayaraq prospektə gətirib.
"Mediada yayılan məlumatlar uğursuz bir zarafatdan başqa bir şey deyil. Zooparkdakı bütün zebralar yerindədir. Bir vətəndaş video çəkmək üçün öz heyvanını rəngləyərək yola çıxarıb", - deyə Madatyan qeyd edib.
İrəvan zooparkı da məsələ ilə bağlı bəyanat yayaraq, heyvanların boyanmasının təhlükəli olduğunu, boyanın tərkibindəki toksik maddələrin onlara ciddi zərər verə biləcəyini xatırladıb.
Müəllif: Adəm
-
İdman20:12“Qarabağ”dan erkən qol - CANLI/YENİLƏNİR
-
Ekologiya20:05Xəzərlə bağlı HƏYƏCAN TƏBİLİ: Suyun səviyyəsi son 200 ilin minimumuna endi - FOTO
-
Hadisə19:48Kəlbəcərdə mina partladı: xəsarət alan var
-
İdman19:36Görün Zidanın məşqçilər komandasına kim daxil oldu
-
Sosial18:48Lazeroloq Cahanı öldürmək istəyən şəxsə 10,5 il iş verildi
-
Sosial18:12Azərbaycanda yağlarda insan sağlamlığı üçün təhlükəli maddə aşkarlandı
-
Rəsmi xronika16:10İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı
-
Dünya14:57NASA-dan Ukraynanın ərazi bütövlüyünə HÖRMƏTSİZLİK


































