Dünya
Ankara şokda: PKK-nın gizli silah anbarları ortaya çıxdı
Rusiya və ABŞ-ın İŞİD-lə mübarizə adı ilə PKK-nın Suriya qolu PYD-yə etdiyi silah yardımına Türkiyənin sərt reaksiya göstərməsinin səbəbləri məlum olub.
Publika.az “Sabah” nəşrinə istinadən xəbər verir ki, Türkiyənin 24 iyul tarixindən bu yana Qəndilə qarşı təşkil etdiyi hava əməliyyatlarında PKK-nın gizli silah anbarları vurulmuşdu.
Vurulan həmin anbarlarda ABŞ-ın PYD-yə verdiyi, ancaq sonradan PKK-in əlinə keçən silah-sursatın olduğu müəyyən edilmişdi. Tank əleyhinə minalar, minaatanlar, avtomatik tüfənglər və zenit raketlərinin olduğu gizli anbarlar pilotsuz təyyarələrindən çəkilən görüntülər, kəşfiyyat məlumatları və xüsusi təyinatlıların Qəndilə sızması ilə aşkarlanmışdı. Xüsusi təyinatlıların lazer üsulu ilə işarələdiyi gizli silah anbarlarını F-16 qırıcıları məhv edib. Əməliyyatın keçirilməsindən qısa müddət əvvəl ABŞ koordinasiya məqsədi ilə məlumatlandırılıb.
Gizli silah anbarının vurulmasından sonra ortaya çıxan görüntülər Ankaranı şoka salıb. Gizli anbarın ətrafında üç ayrı partlayış baş verib və nəticədə gizli anbara tunellərlə bağlanmış 3 ayrı gizli anbar havaya uçub. ABŞ-ın PYD-yə verdiyi silah və sursatların bu anbarlarda saxlanıldığı bildirilir.
ABŞ-ın Suriyanın şimalındakı kürd qruplara silah verəcəyini açıqladıqdan sonra ABŞ-ın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə PYD-nin yaxşı niyyətli olmadığı, PYD-yə veriləcək silahların PKK-nın əlinə keçəcəyi dəqiq şəkildə izah edilib. PYD-yə silah veriləcəyi halda Türkiyənin milli təhlükəsizlik maraqlarının təhlükə qarşısında qalacağı vurğulanıb.
Ömər Dağlı
-
Qoroskop20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO