İsrail Suriyanı bombaladı
Bizi izləyin

Dünya

İsrail Suriyanı bombaladı

İsrail Suriyanı bombaladı

İsrail hərbi təyyarələri Suriya ordusuna məxsus hədəflərə qarşı dörd hava hücumu təşkil edib.Publika.Az – ın xarici mətbuata istinadən verdiyi məlumata görə, hücumlar İsrail-Suriya sərhədində dünən baş verən partlayışdan sonra həyata keçirilib.

İsrail ordusundan verilən yazılı açıqlamada “İsrail hava qüvvələri gecə yarısından sonra Suriya ordusuna məxsus hədəflərə qarşı dörd hava hücumu təşkil edib” deyilir.

Qeyd edək ki, dünən İsrail-Suriya sərhədində partlayış törədilmiş və İsrail mətbuatının yazdığına görə, üç İsrail hərbçisi yaralanmışdı. İsrail ordusu bundan sonra Colan Təpələrinin olduğu sərhəd bölgəsini “qapalı hərbi bölgə” elan etmişdi.

İsrail ordusunun sərhəd birlikləri Suriya ordusunun mövqelərinə endirdiyi hava zərbələrindən sonra döyüş hazırlığı vəziyyətinə gətirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm