Dünyanı qorxudan silah – Şimali Koreya ilk dəfə açıqladı
Bizi izləyin

Dünya

Dünyanı qorxudan silah – Şimali Koreya ilk dəfə açıqladı

Şimali Koreyanın lideri Kim Çen İn dünyanı qorxudan açıqlama verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, gənc lider hidrogen bombası istehsal etdiklərini və bu bombanı nüvə silahları ilə birlikdə istifadə etmək hüququna sahib olduqlarını söyləyib.

Hidrogen bombası dünyanın ən güclü silahı hesab edilir. Bu bombanı ilk dəfə keçmiş SSRİ hazırlayıb və 1961-ci ildə sınaqdan keçirib.

Şimali Koreya 3 dəfə - 2006, 2009 və 2013-cü illərdə yeraltı nüvə sınaqları həyata keçirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm