BP iki platformada işləri dayandırdı
Bizi izləyin

Dünya

BP iki platformada işləri dayandırdı

Norveçdəkı fırtına Şimali Dənizindəki neft axtarışı işlərinə təsir edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, güclü fırtına səbəbindən “Statoil”a aid neft platformasında nəhəng dalğaların toqquşması nəticəsində bir nəfər ölüb.

100 metr uzunluğundakı nəhəng bir mavna (təhlükəli gəmi) BP-nin neft axtarış sahəsinə doğru üzməyə başlayıb.

Şirkətin bölgədə fəaliyyət göstərən neft platformalarında işləyən 235 işçini vertolyotlarla evakuasiya edilib.

Dünən gecə saat 21 radələrində 100 metr uzunluğunda, 30 metr enindəki “Eide Barge 33” adlı gəmi Şimali Dənizindəki Valhall bölgəsindəki neft sahəsinə üzməyə başlayıb. BP saat 2.34-dən etibarən bölgədəki neft platformlarındakı işçilərini azad etməyə başladığını bildirib.Valhall bölgəsindəki platformada hələ də 85 adamın olduğu deyilir.

Mavranın çırpılma riskini nəzərə alan BP iki platformasında neft istehsalı dayandırıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm