“Üçlər ittifaqı” hücuma başladı - gizli anti-Ankara toplantısının DETALLARI
Bizi izləyin

Dünya

“Üçlər ittifaqı” hücuma başladı - gizli anti-Ankara toplantısının DETALLARI

PKK terror təşkilatının Suriya qolu olan PYD Fərat çayının qərbinə keçmək üçün Tişrin su anbarının ətrafındakı Mümbiç şəhəri istiqamətində quru əməliyyatına başlayıb.

Publika.az “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, İŞİD Türkiyənin “qırmızı xətt” elan etdiyi bölgədə yüzlərlə kəndi boşaldaraq Dəməşq rejimi və PYD-yə meydan açır.

Bir çox kəndi İŞİD-dən geri alan və irəliləyişini davam etdirən rejim qüvvələri Hələb şəhərinin şimalındakı ən böyük yaşayış məntəqələrindən olan Əl-Bab qəsəbəsinin 8 kilometrliyinə yaxınlaşıb. “Yeni Şafak” nəşrinin əldə etdiyi məlumata görə, PYD Tişrin anbarını ələ keçirəndən sonra İŞİD, PYD və Dəməşq rejiminin nümayəndələri iki əhəmiyyətli toplantı keçiriblər. İddiaya görə, toplantılarda İŞİD-in Əl-Bab qəsəbəsini rejim güclərinə, Mümbiç, Cerablus və Aktarin kimi əhəmiyyətli məntəqələri PYD-ə təhvil verməsi müzakirə edilib. İŞİD-in qarşıdakı günlərdə daha əvvəllər müxalif güclərinin nəzarətində olan bölgələri rejim və PYD-ə təhvil verərək bölgədən tamamilə çəkilməsi nəzərdə tutulur.

ABŞ-ın liderlik etdiyi koalisiya güclərinin sözçüsü Stiv Uorren yanvarın 8-də verdiyi açıqlamasında PYD-nin Fəratın qərbinə keçmədiyini, yalnız Tişrin anbarının ətrafına nəzarət etdiyini və anbarın qərb tərəfində təhlükəsizlik dəhlizini yaratdığını bildirib.

Xatırladaq ki, PYD gücləri koalisiya qüvvələrinin hava dəstəyi ilə 2015-ci ilin yanvar ayında Kobanini, may ayında isə Tel-Abyadı İŞİD-dən alıb. PYD bununla da ölkənin şimalındakı Haseke və Kobani kantonlarını birləşdirib. Terror təşkilatı növbəti hədəfinin Fəratın qərbinə keçərək Kobani və Afrin kantonlarını birləşdirmək olduğunu açıqlayıb.

PYD bu hədəfi həyata keçirmək üçün ABŞ-la yanaşı Rusiya ilə də yaxınlaşıb. Rusiya noyabr ayının sonundan başlayaraq Türkiyə sərhədində - etibarlı bölgənin elan edilməsi üçün nəzərdə tutulan Azez-Cerablus xəttində PYD-nin irəliləməsi üçün hava dəstəyi verir. Rusiya havadan, PYD isə qurudan Türkiyənin “qırmızı xətt” elan etdiyi Suriyanın Azez bölgəsini bombalayır. Bölgə “kürd dəhlizi” üçün kritik əhəmiyyətə sahibdir.

Plana görə, Rusiya vurulan Su-24 təyyarəsinin intiqamını almaq üçün PYD ilə razılaşıb. Bir müddət əvvəl Rusiyadan PYD-yə silah yardımı başlanıb. PYD bu yardımlarla Azezi ələ keçirmək üçün Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusuna (ASO) hücuma keçib. Məlumata görə, PYD Azezi ələ keçirib Afrin və Kobanini birləşdirməklə Şimali Suriyada xəyalını qurduğu “kürd dövləti”ni yaratmaq istəyir.

Azez-Cerablus xəttinin itirilməsi Türkiyənin etibarlı bölgə planının iflasına səbəb olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm