8 generalın qətli... Rusiya 1 itkini təsdiqlədi
Bizi izləyin

Dünya

8 generalın qətli... Rusiya 1 itkini təsdiqlədi

Rusiyanın Müdafiə Nazirliyi Suriyada rus zabitinin öldürüldüyünü açıqlayıb.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, açıqlamada rus zabitinin Suriyaya silahlardan istifadə edilməsi sahəsində hərbi məsləhətçi kimi getdiyi bildirilib.

Rus zabitinin adı və rütbəsi açıqlanmayıb. Hücumun İŞİD terror təşkilatı tərəfindən həyata keçirildiyi iddia olunub.

Qeyd edək ki, dünən müxalif mənbələr döyüşçülərinin Türkmən dağı bölgəsində rus və suriyalı hərbçilərin toplantısına qəfil hücum edərək, 8-i general olmaqla, 15 hərbçini öldürdüyünü bildiriblər. Məlumata görə, bölgədəki əməliyyatları müzakirə etmək üçün Duveyrik və Səlma qəsəbələri arasında toplantı keçirən rus və suriyalı hərbçilər bir anda müxaliflərin hücumuna məruz qalıb.

Nəticədə 4-ü rus, 4-ü isə suriyalı general olmaqla, 15 hərbçi öldürülüb.

Öldürülən rus hərbçilərdən birinin Suriyadakı əməliyyatları koordinasiya edən Yuri adlı general-leytenant olduğu iddia edilib. Digər 3 rus hərbçi isə general-mayor olub.

Öldürülən suriyalı generalların adlarının isə Amid Munzur, Əli Cabir, Əli Umran və Adnan olduğu bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm