İlin əvvəlindən Avropaya 110 min miqrant gəlib
Bizi izləyin

Dünya

İlin əvvəlindən Avropaya 110 min miqrant gəlib

2016-ci ilin əvvəlindən Aralıq dənizilə Avropaya 110 mindən artıq qaçqın gəlib.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb. Məlumata görə, gələnlərin əksəriyyəti (97 min) Avropaya Yunanıstan üzərindən keçib. Aİ ölkələrinə üz tutan insanların daha bir marşrutu İtaliyadan keçir.

Miqrantların çoxu Suriya, İraq və Əfqanıstan sakinləridir. Yalnız yanvar ayı ərzində Aİ ölkələrinə gələn miqrantların sayı ötən ilin eyni vaxt kəsimində gələnlərin sayından 10 qat çoxdur.

İlin əvvlindən bəri Avropaya gəlməyə çalışan 410 miqrant həyatını itirib. Ölüm hallarının əksəriyyəti Türkiyə ilə Yunanıstan arasındakı Egey dənizində qeydə alınıb.

Beynəlxalq Miqrasiya Təşkilatının son proqnozuna əsasən 2016-ci ildə Avropa İttifaqına daha bir milyon miqrant gələcəyi gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm