Dünya
Pentaqon: “Bu, Putinin “Böyük plan”ının bir hissəsidir”
“Kreml Suriyanı bombardman etməklə Ukrayna üzrə güzəştlərə nail olmaq istəyir”.
Publika.az “Defense News” nəşrinə istinadən xəbər verir ki, bu haqda ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Kəşfiyyat İdarəsinin direktoru general-leytenant Vinsent Stüart bildirib.
Onun sözlərinə görə, Rusiyanın Suriyada həyata keçirdiyi hərbi əməliyyatların hədəfi beynəlxalq ictimaiyyətin diqqətini Donbas münaqişəsindən yayındırmaqdır: “Rusiya aviasiyası tərəfindən Suriyanın bombardman edilməsi beynəlxalq cəmiyyətdən Ukrayna münaqişəsi üzrə güzəştlərin alınması üçün həyata keçirilən “Böyük plan”ın bir hissəsidir”.
Styuartın sözlərinə görə, Rusiya Avropanı qorxutmaq məqsədi ilə qəfil hərbi təlimlərdən istifadə edir.
“Bu yaxınlarda qəfildən həyata keçirilən təlimlər həqiqi və təhlükəli idi. Mən təxminən iyirmi il ərzində çətinlik səviyyəsi bu qədər yüksək olan təlimlər görməmişdim”, - Pentaqonun kəşfiyyat direktoru deyib.
Amerika kəşfiyyatının başçısı həmçinin gələcəkdə Rusiya qoşunlarının sayca daha az olacağını istisna etmir. Amma onun fikrincə, Rusiya ordusu hərbi əməliyyatlara daha hazır vəziyyətdə olacaq.
Ancaq amerikalı general qeyd edib ki, Rusiyanın yenidən silahlanması proqramı sənaye istehsalının düşməsinə səbəb olacaq və iqtisadiyyatın durumunu daha da ağırlaşdıracaq.
Ömər Dağlı
-
MDB12:15
Ramzan Kadırovun atasının müttəfiqinə sui-qəsd edildi - Moskvada nə baş verir?
-
Sosial11:33
Mağazaya girdi, hamının borcunu ödədi, yoxa çıxdı - Lənkəranda şok olay
-
Nida Xəbər 11:01
Türkiyədən Azərbaycana növbəti dəstək: Biz istəyirik ki...
-
Magazin110:18
Xoşqədəm verilişində təhdid edildi - VİDEO
-
Hadisə09:36
Vahid Mustafayevin mağazasından 330 minlik saat oğurlandı
-
Region09:16
Paşinyanın komandasında istefa ardınca istefa: Vardanyan da getdi
-
ABŞ09:00
Mask pilotsuz robotaksini TƏQDİM ETDİ: Bu qiymətə olacaq - VİDEO
-
Magazin108:12
Xoşqədəm Almaniyada belə dincəlir - FOTO