Dünya
Gülən bu dəfə bütün Türkiyəyə bəddua etdi – VİDEO
Türkiyədə şirkətləri bir-bir dövlət tərəfindən ələ keçirilən Paralel Dövlət Terror Şəbəkəsinin lideri Fətullah Gülən növbəti dəfə Türk dövlətinə qarşı bəddua edib. Qardaş ölkənin PKK və İŞİD terroruna məruz qaldığıı və duaya ehtiyacı olduğu bir dönəmdə Gülən Türkiyəyə lənət yağdırıb.
Publika.az Yenicag.az-a istinadən xəbər verir
ki, özünün “Herkul” saytındakı gündəlik çıxışı zamanı adamlarının
həbs olunmasına da “iddianamə hazırlanmadan içəriyə atılırlar”
deyə, etiraz edib. Baxmayaraq ki, özü də istər Ergenekon, istər
Tahşiyə və Balyoz kimi əməliyyatlar zamanı eyni üsuldan istifadə
etmişdi.
Gülən çıxışında bir zamanlar onu müdafiə edən və daha sonra ona
qarşı çıxan media mənsublarını da iqtidar tərəfindən satın
alınmaqda suçladı: “Sanki yürüdüyü yol yalnışmış kimi, zalımların
boyunduruğu altına girməyin, onların verəcəyi bəxşişlərə
satılmayın. Torpaq, villa hədiyyə alaraq, zəngin olmaq xəyalları
ilə satılmayın. Bəxşişə belə öyrəşmək heyvana məxsusdur. İnsan belə
duruma düşərsə, deməli heyvandan daha aşağı düşüb”.
Ənənəvi ağlamaq metodundan istifadə edən Gülən daha sonra
bədduaya başladı: “Allahım, əgər o həbs edənlər bu işlərdə
haqlıysa, o məktəblərdə çalışanları yerin dibinə batır. Yox,
haqsızlarsa, bunu edənləri və bunun qarşısında dilsiz şeytan kimi
susan nə qədər insane varsa, evlərinə atəşlər sal, yerin dibinə
batır, ən yaxın zamanda qəhri-pərişan et. Kim olursa olsun,
hamısını yerin dibinə batır”.
Gülən çıxışında mövcud Türkiyə iqtidarını “səviyyəsiz”, “ağlı
heç bir şeyi dərk etməyən” kimi ifadələrlə suçladı: “Biz bir kəndi
idarə edə bilməyənlərin, uşaq-muşağın əlində qalmışıq”.
Türkiyənin həssas bir dönəmdən keçdiyi zaman Gülənin belə bir ağır bədduası hansı anlama gəlir? Yenicag.az xəbər verir ki, artıq I Gülən İddianaməsi hazırdır və həbs olunanların məhkəməsi başlayacaq. Dünənə qədər Gülənin onları azad edəcəyini düşünən və susanların danışmağa başlayacağı gözlənilir. Yəni, istintaqla əməkdaşlıq edənlərin sayı artacaq və bu günə qədər çözülə bilməyən örgütün cinayətləri ortaya çıxacaq. Məhz bu səbəbdən Gülən dəfələrlə onları içəridən çıxarmağa cəhd göstərdi. Elə Hüseyn Çelik, Bülent Arınc kimi gizli fətullahçıların Ərdoğan əleyhinə çıxışları da Gülənin təlimatı ilə idi. Səbəb içəridə olanları Ərdoğanı bitirməyə az qaldıqları mesajını vermək idi. Azərbaycandan fərqli olaraq Türkiyədə hər keçən gün daha bir obyektlərini itirdiklərindən Gülən yenidən özü meydan oxumağa başlayıb.
-
Ekologiya02:19Günəşdə güclü PARTLAYIŞ oldu
-
Dünya01:40İki yüksək sürətli qatar relsdən çıxdı - Ölənlər və yarlananlar var
-
Avto01:20Güzəştin ləğvindən sonra maşın bazarında son qiymətlər - VİDEO
-
Qoroskop00:35Günün ulduz falı: Gözlənilməz xərclər ola bilər
-
Magazin118 Yanvar 23:35Arıqlama dərmanı içən Şəbnəm ölümdən döndü - Ürəyi getdi, ağzından köpük gəldi
-
Ekopublika.az18 Yanvar 22:56Bakının bu ərazilərindəki mənzillər rekord qiymətə satılır - Bir kvadratmetri 17 550 manata...
-
Hadisə18 Yanvar 21:45Bakının mərkəzində dönərxana YANDI - VİDEO/YENİLƏNDİ
-
Magazin118 Yanvar 21:39Xalq artistinin oğlunun toyundan GÖRÜNTÜLƏR - VİDEO







.jpg)









.jpg)




.jpg)










