Dünya
Hərbçilərin zirehli maşını partladıldı, ölən və yaralananlar var
PKK terror təşkilatının üzvləri Mardin əyalətinin cənub-şərqindəki Nusaybin şəhərində hərbçilərin olduğu zirehli maşını partladıblar.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, nəticədə bir hərbi qulluqçu şəhid olub, yeddi nəfər yaralanıb.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Onların səhhəti
haqqında məlumat verilmir.
Qeyd edək ki, Türkiyənin daxili işlər naziri Efkan Ala daha əvvəl ölkənin cənub-şərqindəki yeddi rayonda, xüsusən Nusaybin şəhərində PKK terror təşkilatı üzvlərinə qarşı yeni anti-terror əməliyyatının başlandığını bildirib. Yerli hakimiyyət bu rayonlarda müddətsiz komendant saatı tətbiq edib.
Anar
-
İnanc21:36Ramazanın 19-cu gününün duası - İftar və imsak vaxtları
-
Magazin121:00Xuramanın makiyajsız halı gündəm oldu - Video
-
Sağlamlıq20:24Qəhvə qan təzyiqinə görün necə təsir edir
-
İnanc19:36Bu gün ilk Qədr gecəsidir
-
Nida Xəbər 17:55Çin vətəndaşları İrandan Azərbaycana təxliyə edildi
-
Nida Xəbər 17:45Əlcəzair İranın Naxçıvana PUA hücumundan narahatdır - Attaf
-
İqtisadi gündəm17:26İran münaqişəsi ərzaq qiymətlərini bahalaşdıracaq
-
ABŞ16:40ABŞ İranda hərbi əməliyyatlara neçə milyard dollar xərcləyib?



































