Dünya
“Slavyan korpusu” və “Vaqner ÇVK” – Rusiya üçün vuruşanlar – FOTOFAKT
Kreml Ukrayna və Suriyaya mövcud olmayan hərbi şirkətin döyüşçülərini yollayır.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın “Fontanka” nəşrinin araşdırmasında deyilir.
Nəşrin yazdığına görə, Rusiyanın mövcud olmayan şəxsi şirkətlərinin döyüşçüləri Ukrayna və Suriyada itkilər verirlər. Məzar daşlarında döyüşçülərin yaşadığı illər və ölüm tarixləri var. Amma son döyüş yeri haqqında məlumatlara gəlincə, çox “xəsis” davranırlar.
“Vaqner ÇVK” kimi verilən batalyon rəsmi olaraq mövcud deyil. Nə güc strukturlarında, nə hüquqi şəxslərin reyestrində onun adını tapmaq mümkün deyil. Döyüşçülərın adları şəxsi heyətin formulyar siyahılarında da yoxdur.
Bundan başqa, Rusiyada şəxsi hərbi şirkətlər haqqında qanun yoxdur. Qanuna uyğun olaraq arsenalında zirehli hərbi maşınlar, daşınabilən zenit kompleksləri və minaatanlar olan mülki təşkilatlar ola bilməz. “Amma o var”, - “Fontanka” yazır.
2013-cü ildə Suriyada dağıdılan “Slavyan korpusu” əsasında formalaşdırılmış “Vaqner ÇVK” 2014-cü ilin yazından Krımda, daha sonra isə Luqansk vilayətində hərəkət edib.
Vaqner kimi tanınan şəxs ehtiyatda olan polkovnik-leytenant Dmitri Utkindir. O, 2013-cü ilə qədər Müdafiə Nazirliyinin Əsas kəşfiyyat məntəqəsində çalışıb. Ehtiyata çıxandan sonra dəniz gəmilərinin mühafizəsi sahəsində ixtisaslaşan şəxsi şirkət “Moran Security Group”da işləyib. 2013-cü ildə MSG-nin menecerləri “Slavyan korpusu”nu təşkil edərək onu Suriyaya Bəşər Əsədi müdafiə etməyə göndərib. Korpus bir sıra müvəffəqiyyətsiz döyüşlərdə iştirak edib. Dmitri Utkin 2014-cü ildən şəxsi bölmənin komandiridir və onun çağırışı ilə bölmə “Vaqner ÇVK” adını alıb.
“Fontanka”nın yazdığına görə, “Vaqner”in döyüşçüləri Ukrayna və Suriya ərazisində döyüş hərəkətləri üçün dövlət mükafatları alırlar.
Xüsusi halda, 6 mart 2015-ci ildə Tolyatti qəbiristanlığında Andrey Yelmeyev və Andrey Şreyner dəfn edilib. Hər ikisinin ölüm tarixi eyni göstərilib – 28 yanvar 2015-ci il. “Tltgorod.ru” saytının məlumatına görə, onlar Donbasda silahlı konfliktin gedişatında həlak olublar. Çoxdan ehtiyatda olan və “Vaqner ÇVK” ilə müqavilə üzrə döyüşən Andrey Yelmeyev və Andrey Şreyner 9 may 2015-ci ildə ordenlə mükafatlandırılıblar.
“Slavyan korpusu”nun 37 yaşlı döyüşçüsü, Sankt-Peterburq sakini Vladimir Kamınina 2014-cü ilin sentyabrında Sestroretsk məzarlığında dəfn edilib. O, da ordenlə mükafatlandırılıb. 38 yaşlı Don kazakı Maksim Kolqanov 3 fevral 2016-cı ildə Suriyada həlak olub. Nəşrin məlumatına görə, “Vaqnerin ÇVK”nın döyüşçüsü Maksim Kolqanov Latakiya yaxınlığında BMP-də (piyada doyuş maşını)döyüş tapşırığı yerinə yetirirdi.
2015-ci ilin sentyabrında Suriyaya girən bölükdəki 93 nəfərdən yalnız üçdə biri geri qayıda bilib. Əsas itkilər 2016-cı ilin yanvar–fevral aylarında Palmira şəhəri uğrunda gedən döyüşlərdə olub.
Martın 26-da Suriya hərbçiləri Palmiranı azad edərək nümayişkaranə şəkildə “İslam dövləti”nin (İŞİD) bayrağını yandırdılar. Rusiya Silahlı Qüvvələrinin Baş qərargahı şəhərin azad edilməsi uğrunda hərbi əməliyyatı şərh edərək Rusiya qoşunlarının qələbənin qazanılmasında xüsusi töhfə verdiyini qeyd edib.
Ömər Dağlı
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi