Sosial
Vətəndaşların NƏZƏRİNƏ: Ödənilən cərimə vəsaitlərini geri alacaqsınız - Video
"İnzibati cərimələrin qaytarılması Qaydası" təsdiqlənib.
Publika.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, artıq ödənilmiş inzibati cərimə dövlət büdcəsindən və ya inzibati cərimə növündə inzibati tənbeh vermə barədə qərar qəbul etmiş səlahiyyətli orqanların hesablarından qismən və ya tam şəkildə geri qaytarılacaq. Hüquqşünas Emil Aslanov bildirib ki, vətəndaşlar 20 gün ərzində yazılı və ya elektron qaydada müraciət etməklə cərimənin hansı büdcəyə ödənilməsindən asılı olaraq həmin vəsaitin geri qaytarılmasına nail ola bilərlər. Onun sözlərinə görə, artıq ödənilmiş məbləğin geri qaytarılması üçün 5 illik müddət nəzərdə tutulub:
"Bu müddət ərzində vətəndaşlar ödədikləri vəsaitin geri qaytarılması üçün müraciət edə bilərlər".
Qeyd edək ki, artıq ödəmənin qaytarılması üçün müraciət Qaydasının 4.4-cü bəndinə əsasən, araşdırma zamanı artıq ödəmənin qaytarılmalı olduğu halların mövcud olmadığı müəyyən edilərsə, bu barədə ərizə təqdim edən orqan tərəfindən müvafiq qərar qəbul edilməli və müraciət edən şəxsə 5 gün müddətində əsaslandırılmış yazılı məlumat təqdim olunmalıdır. Ərizənin təqdim edildiyi orqan tərəfindən qəbul edilmiş qərardan inzibati qaydada və ya məhkəmə qaydasında şikayət verilə bilər.
-
MDB13:11Dronlar Moskvanın kabusuna çevrildi - Xeyli sayda ölən var
-
Əmlak12:44Rossbax: Kirayə ödəyə bilməyən və ya küçələrdə yaşayan insanlar var
-
İdman11:50Məşhur güləşçi istirahətdən elə fotolar paylaşdı ki... - FOTO
-
İqtisadi gündəm11:401 milyarddan çox insan gecəqondularda və ya qeyri-formal yerlərdə yaşayır
-
Ekologiya11:31Şahdağa qar yağır
-
Qarabağ 10:55Azərbaycan WUF13-də işğaldan azad edilmiş ərazilərdə bərpa təcrübəsini dünyaya təqdim edir
-
Nida Xəbər 10:23WUF13-də Bakının adı ilə bağlı mükafat təsis edildi
-
Nida Xəbər 10:11Zimbabvenin vitse-prezidenti Azərbaycana səfərə gəldi



































.jpg)



