Yaxın Şərq
Həlledici mərhələyə qədəm qoyuldu - İranı nələr gözləyir?
İsrailin müdafiə naziri İsrael Kats İrana qarşı hərbi əməliyyatın "həlledici mərhələyə" qədəm qoyduğunu bəyan edib.
Publika.az xəbər verir ki, bu barədə "Ynet" nəşri məlumat yayıb.
"Biz həlledici mərhələyə daxil oluruq və bu əməliyyatı lazım olduğu qədər davam etdirəcəyik", nazir bildirib.
Martın 10-da isə həmin nəşr öz mənbəsinə istinadən yazmışdı ki, İrana qarşı hərbi kampaniya daha azı iki həftə davam edəcək.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyata başlayıblar. Amerika və İsrail qüvvələri hava hücumundan müdafiə sistemləri, raket kompleksləri, hərbi dəniz donanmasının baza və obyektləri də daxil olmaqla bir çox hərbi hədəfə hücum ediblər.
Vaşinqton əməliyyatın məqsədinin İranın hərbi potensialını zəiflətmək, həmçinin raket və nüvə proqramlarının inkişafının qarşısını almaq olduğunu bəyan edib.
Əməliyyat başlayandan bəri İran ərazisinə yüzlərlə zərbə endirilib; komandanlıq mərkəzləri, silah anbarları və raket qurğuları hədəf alınıb. Tehran isə buna cavab olaraq ABŞ-ın Yaxın Şərqdəki bazalarına və müttəfiqlərinə raket və dronlarla zərbələr endirməyə başlayıb ki, bu da regionda münaqişənin kəskin şəkildə gərginləşməsinə səbəb olub.
Hüseyn İbadlı
-
İdman22:04Ronaldo bir aylıq diskvalifikasiya edildi və cərimələndi
-
Sosial21:51Azərbaycanda kimlər pensiyaya 5, 15, hətta 20 il tez çıxa bilər?
-
Avropa20:48Fransada etirazlara qarşı sərt tədbir: Küçəyə çıxmaq qadağan edildi
-
Kriminal18:30Daha 7 nəfər beynəlxalq axtarışa verildi - Adlar
-
Qoroskop15:162027-ci ildə hansı bürclərin bəxti gətirəcək? - Sevgidə və karyerada böyük dəyişikliklər
-
MDB14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?
-
Rəsmi xronika14:23Prezident bir qrup energetiki təltif etdi
-
Sosial13:32Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama


















.jpg)













